Nar establishes a mobile telecommunications laboratory for students in Ganja

18:22 | 18.10.2024
Nar establishes a mobile telecommunications laboratory for students in Ganja

Nar establishes a mobile telecommunications laboratory for students in Ganja

Azərbaycanda regional inkişafa diqqət ayırması ilə tanınan ən sərfəli mobil operatoru "Nar” Gəncə şəhərində mobil telekommunikasiya laboratoriyası yaradıb. Laboratoriya Azərbaycan Texnologiya Universiteti (ATU) ilə birgə yaradılıb.
 
Bu qurğu ATU-nun texniki təhsil alan tələbələrinə mobil rabitə texnologiyaları üzrə praktiki təcrübə qazanmağa imkan verəcək. Laboratoriya tələbələrin praktiki öyrənmələrini artırmaq üçün noutbuklar və digər zəruri alətlərlə tam təchiz olunub.
 
Açılış mərasimində "Nar”-ın baş icraçı direktoru Qunnar Pahnke şərh verib: "Bu laboratoriya "Nar”-ın regionlara dəstək öhdəliyinin növbəti nümayişidir. İrəli düşünən şirkət kimi "Nar”-ın regionlarda yerli telekommunikasiya mütəxəssislərinin hazırlanmasına sərmayə qoyması bizim daha geniş töhfəmizin bir hissəsidir. Azərbaycanın telekommunikasiya sektorunun böyüməsinə”.
 
Müvəqqəti olaraq Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən dosent Yaşar Ömərov "Nar”a öz təşəkkürünü bildirib: "Universitetimiz əsl peşəkarlar yetişdirməyə sadiqdir və "Nar”ın öz təcrübəsini bölüşmək istəyi bu məqsədə çatmaqda bizə kömək etməkdə əsas rol oynayır. Özəl şirkətlərin dəstəyi sayəsində tələbələrimiz öz sahələrində mütəxəssis kimi məzun olacaqlar”.
 
Qeyd edək ki, "Nar” yerli İT mütəxəssislərinin hazırlanması istiqamətində həm Bakıdakı Azərbaycan Texniki Universiteti, həm də Gəncədəki Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq vasitəsilə "Nar” hər iki universitetdə mobil telekommunikasiya laboratoriyaları yaradıb.
 
"Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidməti göstərir. "Nar” son 5 ildə Net Promoter Skoruna görə ölkədə lider mobil operatordur. Mobil operator müştəri yönümlü strategiyaya riayət edir və sərfəli qiymətə əla xidmət göstərir.
 
 
 

www.anews.az
0
Follow us !

REKLAM

Latest

Remittances to Azerbaijan fall 32% in Jan-Sept yr/yr