Nar held a meeting with representatives of its dealer network

15:16 | 25.12.2023
Nar held a meeting with representatives of its dealer network

Nar held a meeting with representatives of its dealer network

"Nar”ın və bu mobil operatorun bütün ölkə üzrə müştərilərinə xidmətlərini təqdim edən diler şəbəkəsinin nümayəndələrinin illik görüşü keçirilib. İclasda "Nar”-ın 2023-cü ildəki satış göstəriciləri, yenilikləri və nailiyyətləri təqdim olunub.
 
Həmçinin qeyd edilib ki, yüksək müştəri məmnuniyyətinin təmin edilməsi və sərfəli qiymət siyasəti nəticəsində "Nar” həm yeni müştərilərin sayını, həm də ümumi satış rəqəmlərini uğurla artırıb. Bundan əlavə, 2023-cü ildə Bakı, Gəncə, Gədəbəy, Goranboy, Göygöl, Kürdəmir, Laçın, Mingəçevir, Neftçala, Qəbələ, Şəki, Şərur, Tovuz və Zərdab şəhərlərində yenilənmiş "Nar” diler mağazaları uğurla müştərilərə təqdim edilib.
 
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu və Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndələri də iştirak ediblər. Rəsmilər Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılmış biznes mühiti, işğaldan azad edilmiş ərazilərin potensialı barədə görüş iştirakçılarına məlumat veriblər.
 
"Nar” 2,2 milyon müştəriyə yüksək keyfiyyətli rabitə xidmətləri təqdim edir. "Nar” son 4 ildə Net Promoter Skoruna görə ölkədə lider mobil operatordur. Mobil operator müştəri yönümlü strategiyaya riayət edir və sərfəli qiymətə əla xidmət göstərir.
 
 
 
 

www.anews.az
0
Follow us !

REKLAM