Nar is the official partner of Azerbaijan Volleyball Federation

11:49 | 26.12.2023
Nar is the official partner of Azerbaijan Volleyball Federation

Nar is the official partner of Azerbaijan Volleyball Federation

"Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə vermək məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı olub. Bu əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında keçirilən yerli çempionatı dəstəkləyəcək.

"Nar”-ın dəstəyi ilə 2023-2024-cü il voleybol mövsümü artıq başlayıb. Ölkə çempionatının oyunlarında iştirak etmək istəyən voleybol həvəskarları üçün giriş pulsuzdur. "Nar” voleybol üzrə Azərbaycan çempionatında mübarizə aparan bütün komandalara uğurlar arzulayır.

Qeyd edək ki, "Nar” voleybolun milli və beynəlxalq səviyyədə təbliği üçün 2017-ci ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı kimi çıxış edib.

"Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq ölkədə sağlam həyat tərzini təbliğ edir və gənclər arasında müxtəlif idman növlərinə, o cümlədən voleybola marağın artmasına dəstək verir. Mobil operatorun həyata keçirdiyi KSM layihələri haqqında daha ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

"Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. "Nar” son 4 ildə Net Promoter Skoruna görə ölkənin lider mobil operatorudur. Müştəri mərkəzli strategiyasına sadiq qalan "Nar” sərfəli qiymətə mükəmməl (sinifinin ən yaxşısı) xidməti təqdim edir.

www.anews.az
0
Follow us !

REKLAM

Latest

Remittances to Azerbaijan fall 32% in Jan-Sept yr/yr