Trampın tvitterdəki müəmmalı şəkli

13:10 | 18.09.2019
Trampın tvitterdəki müəmmalı şəkli

Trampın tvitterdəki müəmmalı şəkli

Bu il avqustun 30-da Donald Tramp İrandakı İmam Xomeyni adına kosmik mərkəzdəki yanan start qurğusunun şəklini Tvitterdə paylaşıb. Start qurğusunun alova bürünməsinin səbəbi iranıların il ərzində həmin start qurğusundan raket buraxmaq cəhdlərinin artıq 3-cü dəfə uğursuz alınmasıdır. Bu uğursuzluğu ictimaiyyətə "Planet" şirkəti kosmosdan çəkilmiş şəkli yayımlamaqla açıqlayıb. Şəkildən də göründüyü kimi start qurğusunu qara tüstü bürüyüb. 

Hətta həvəskarlar da başa düşüblər ki, peyk şəkli İranın uğursuz sınaq zamanı qəzaya uğramış raketə aid start qurğusuna aiddir. Tvitterdə paylaşdığı şəkildə Tramp yazıb ki, ABŞ-nın bu qəzada əli yoxdur. Həmin tvitində ABŞ prezidenti İrana ən xoş arzularını çatdırıb və uğur arzulayıb. 

"Planet"in təqdim etdiyi şəkil Yerin kosmosdan görünüşünü əks etdirməklə yanaşı bəzi təfsilatları ilə digər kosmik şəkillərdən fərqlənir. Mütəxəssislər həmin detalların ABŞ-nın dövlət sirri olması və Trampın həmin sirri özü də bilmədən Tvitterdə yayması ehtimalını istisna etmirlər. Belə ki, həmin görüntüdə Birləşmiş Ştatlara məxsus dronlar və kosmik müşahidə vasitələri barədə məlumatlar ola bilər. Həvəskarların şəkil barədə söylədiyi fikirlər peşəkarların narahatlığına əsas verir. Sözügedən foto-şəklin çəkilişində hansısa naməlum texnologiyadan istifadə olunması barədə gəzən söz-söhbətlər isə məsələni az qala qalmaqal həddinə çatdırsın. Süni peyk həvəskarları şəklin hansı casus peyki tərəfindən çəkilməsini müəyyənləşdirməkdə çətinlik çəkirdilər.  
 
Lakin şəklin dərindən analiz edilməsi zamanı bir sıra suallara cavab tapıldı. Əvvəlcə məlum oldu ki, şəkil USA-224 peykindən çəkilib. Müşahidə məqsədilə istifadə olunan bu peykin həmçinin KH-11 müşahidə peyki olması da güman edilir. Sözügedən peyk haqqında ictimaiyyətə çox az şey məlumdur. Şəkil Habl kosmik teleskopunun bənzəri olan nəhəng teleskopla çəkilib. Bəzi mütəxəssislər adi gözlə səmada peyk görəndə onun orbitini heasblayıb tapırlar. Bu onlar üçün asan riyazi misaldır. Şəkildəki kölgələr onun nə vaxt çəkilməsini müzakirə obyektinə çevirən ayrıca bir mövzudur. Çəkiliş rakursu, yəni şəklin hansı bucaq altında çəkilməsi isə onun insidentin baş verdiyi əraziyə ən yaxın peyk olan USA-224 peyki tərəfindən qeydə alınması ehtimalını daha inandırıcı göstərir. 
 
Şəkildəki görüntünün həddən artıq şəfaf olması onun peykdən yox, drondan çəkilməsi barədə ekspertlərdə şübhələr yaradır. Belə ki, ekspertlər Yer kürəsinin atmosfer təbəqəsini Yerlə kosmos arasında görüntü baxımından ciddi maneə hesab edirlər. 
 
Sonda mütəxəsislər Trampa 1984-cü ildə donanma kəşfiyyat analitikinin KH-11 peyki ilə çəkilmiş 3 foto-şəkli mətbutada dərc etdirdiyinə görə həbsə salındığını xatırlatmaqla ona sanki ehtiyatlı olmağı məsləhət görüblər.  

Məhəmməd Hüseynov 
 
 

www.anews.az
0
Follow us !

REKLAM