Dünyanın ən yaxşıları arasında niyə Azərbaycan universitetləri yoxdur?

16:17 | 16.09.2014
Dünyanın ən yaxşıları arasında niyə Azərbaycan universitetləri yoxdur?

Dünyanın ən yaxşıları arasında niyə Azərbaycan universitetləri yoxdur?

 

Bu gün Britaniyanın "Quacquarelli Symonds" (QS) kompaniyası dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. 

 

Dünyanın ən yaxşıları arasında Azərbaycan universitteləri yoxdur. Niyə? Bu suallarla ANN.Az-ın müxbirləri Tibb Universitetinin tələbələrinə müraciət ediblər. Tələbələrin cavabını sizə aşağıda təqdim etdiyimiz videoda görmək mümkündür. 

 

QS-in siyahısına keçən il olduğu kimi Massaçusets Texnologiya İnstitutu başçılıq edir.

 

İkinci yeri keçən illə müqayisədə reytinqdə irəliləyən Kembric universiteti, üçüncü yeri isə Londonun İmperial Kolleci tutub. Dördüncü yerdə ABŞ-ın ən məşhur təhsil ocaqlarından biri  Harvard Universiteti qərarlaşıb, beşinci-altıncı yerləri isə İngiltərənin cənubunda, Oksford qraflığında yerləşən eyni adlı universitet və London Universitet Kolleci bölüşdürüblər.

 

İlk onluğu ABŞ-ın dörd ali məktəbi tamamlayır: Stenford universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston və Yel universitetləri.

 

Universitetlərin tam siyahısı ilə bu linkdə tanış ola bilərsiniz:

 

Mehman Həsən

Fəridə Əliyeva

ANN.Az

0
Следите за нами в социальных сетях !

REKLAM

Лента новостей

Милли Меджлис осудил доклад Европарламента