"Crocus Group” batan gəmiyə oxşayır , qrupun prezidenti Araz Ağalarov RBK kanalına verdiyi müsahibədə bildirib.
Ağalarov onu da bildirib ki, qrupun şirkətləri tərəfindən ödənilən aylıq əmək haqqının həcmi təxminən 1 milyard rubl təşkil edir. "Mart ayı üçün əmək haqlarını ödəyəcəyik, aprel ayının ödənişləri üçün isə artıq pulumuz yoxdur".
Onun sözlərinə görə, biznes yeni kreditlər hesabına bir ay da artıq yaşaya bilər . Amma bundan sonra nə baş verəcəyi başa düşülən deyil
Sahibkar biznes hökumətin dəstəyi olmadan yaşaya bilərmi sualına cavabında söyləyib ki, bu mümkün deyil.
"Bizə deyirlər ki, işləməyin, amma kadrları qoruyun, maaş ödəyin. Bizim vergi yükümüz yetərincə çoxdur. Bu prinsipial məsələdir, çünki şirkətlərin ehtiyatda pulu yoxdur. Rusiyada ƏDV-ni aşağı salmaq, eləcə də iki ay ərzində vergiləri unutmaql azımdır", - deyə Ağalarov vurğulayb.
"Crocus Group”un 2018-ci ildə gəlirləri 60 milyard rubl təşkil edib. Qrup 1,5 milyon kvadrat metrdən çox olan kommersiya məqsədli daşınmaz əmlakı idarə edir. Araz Ağalarov "Forbes”ə görə Rusiyanın ən zəngin iş adamlarının siyahısında 55-ci yeri tutur.
www.anews.az
Следите за нами в социальных сетях !