Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
Bu "Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubunu 2:1 hesabıyla məğlub etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan Azərbaycanın aktivinə daha 0.250 xal gətirib.
Azərbaycan bu mövsüm üzrə xal sayını 1.625-ə, son 5 mövsümdə isə 14.250-yə çatdırsa da 29-cu pillədə qalıb.
28-ci sırada 15.375 xalla Polşa qərarlaşıb. Azərbaycandan sonra Sloveniya və Qazaxıstan gəlir. Bu ölkələrin hesabında 12.375 xal var.
Fərid Məmmədli
www.anews.az
Следите за нами в социальных сетях !