Azərin villasından oğurluq edənlər saxlanıldı

14:00 | 09.03.2020
Xəbər verdiyimiz kimi, martın 4-də teleaparıcı Azər İsmayılovun (Zahid) bağ evinə və restoranına oğru girib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Qafqazinfo”ya verilən məlumata görə, oğurluq hadisəsini törədənlər saxlanılıb.
Qeyd edilib ki,  Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib. 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

www.anews.az

Лента новостей