Bayden 37 nəfərin edamını ləğv edib

17:04 | 23.12.2024
Bayden 37 nəfərin edamını ləğv edib

Bayden 37 nəfərin edamını ləğv edib

ABŞ prezidenti Co Bayden 40 federal məhbusdan 37-nin edamını ləğv edərək, cəzanı ömürlük həbslə əvəzləyib.  Bu bardəəd müvafiq qərar Ağ Evin saytında dərc olunub.

"Bu gün prezident Bayden federal ölüm hökmündə olan 37 nəfərin cəzasını dəyişdirdiyini açıqladı. Bu şəxslərin cəzaları şərti olaraq azadlığa buraxılmamaq şərti ilə ömürlük həbslə əvəzlənəcək”, - deyə məlumatda bildirilir.

Hökmü ləğv edilməyən üç nəfər arasında 2013-cü ildə Boston marafonunda törədilən partlayışa görə edam cəzasına məhkum edilmiş terrorçu Coxar Tsarnayev də var.
 
Edam cəzasına məruz qalanlar arasında 2015-ci ildə Çarlstondakı kilsədə qaradərililəri qətlə yetirən irqçi Dilan Roof və 2018-ci ildə Pittsburqdakı sinaqoqda atışma törədən Robert Bauers də var.

Aytac

www.anews.az
0
Следите за нами в социальных сетях !

REKLAM

Лента новостей

Состоялось судебное заседание по делу Расула Джафарова