Sodiq Safayev: Mərkəzi Asiyanın qlobal iqtisadi cəlbediciliyi artır
Mərkəzi Asiyada əməkdaşlığın dərinləşməsi və regionun daha proqnozlaşdırılan iqtisadi məkan kimi formalaşması onun beynəlxalq investorlar üçün cəlbediciliyini artırır. Bunu Özbəkistan Ali Məclisi Senatının birinci sədr müavini Sodiq Safayev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya artıq yalnız postsovet məkanı və ya ölkələr qrupu kimi deyil, iri bazarları və dünya dövlətlərini birləşdirən region kimi qəbul olunur. O qeyd edib ki, region tədricən dənizə çıxışı olmayan ərazidən müxtəlif məkanları birləşdirən iqtisadi mərkəzə çevrilir.
"Dünyada parçalanma və çoxtərəfli diplomatiyanın rolunun azalması müşahidə olunsa da, Mərkəzi Asiyada əks proses gedir və çoxtərəfli əməkdaşlıq güclənir. Bu gün Mərkəzi Asiyada əməkdaşlığın konsolidasiyasına doğru çox güclü tendensiyanın şahidi oluruq. Söhbət əməkdaşlığın gücləndirilməsindən və dərinləşdirilməsindən gedir, inteqrasiyadan yox”, - o bildirib.
Onun sözlərinə görə, region ölkələri arasında əməkdaşlığın genişlənməsi Mərkəzi Asiyanı daha proqnozlaşdırılan və nəticə etibarilə daha cəlbedici edir.
Aytac Zeynalova
Последние новости
Еще новости