Летняя программа стажировок в Yelo Bank успешно завершена

15:45 | 19.09.2024
Летняя программа стажировок в Yelo Bank успешно завершена

Летняя программа стажировок в Yelo Bank успешно завершена

Yelo Bank tərəfindən gənc istedadların dəstəklənməsi və bank sektoru üçün peşəkar kadrların hazırlanması məqsədi ilə təşkil edilən Summer Challenge proqramı bu il başa çatıb. Proqramda 35 perspektivli gənc mütəxəssis iştirak etmişdir. Təcrübə müddətində onlar Yelo Bankın təcrübəli mentorlarının rəhbərliyi altında müxtəlif layihə və fəaliyyətlər üzərində işləmiş, real iş mühitində praktiki təcrübə qazanmışlar.

Proqram iştirakçılara komanda işi, liderlik, ünsiyyət və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək üçün unikal imkanlar təqdim etdi. Təcrübəni başa vurduqdan sonra bütün iştirakçılara nailiyyətlərini təsdiq edən sertifikatlar təqdim olunub. Proqram zamanı özünü fəal şəkildə göstərən bir çox kursant artıq iş təklifləri alıb və Yelo Bank komandasına qoşulub.

Yelo Bank gələcəkdə də gənc mütəxəssislərə karyeralarının başlanğıcında dəstək olmaq və bank sektorunun inkişafına töhfə vermək üçün oxşar proqramların təşkilini davam etdirməyi planlaşdırır.

Bank xidmətləri ilə bağlı əlavə suallarınız var (https://www.yelo.az/az/individuals/deposits/)? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və ya yelo.az hesablarımıza yazın
 
Yelo Bank - Bright Banking!
 
 
 

www.anews.az
0
Следите за нами в социальных сетях !

REKLAM

Лента новостей

Милли Меджлис осудил доклад Европарламента