“Nar” поддержал развитие местных ИТ-специалистов- FOTO

20:28 | 30.11.2022
“Nar” поддержал развитие местных ИТ-специалистов- FOTO

“Nar” поддержал развитие местных ИТ-специалистов- FOTO

Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişdirilməsi məqsədi ilə Azərbaycan Texniki Universitetində (AzTU) yaradılmış Nar GSM laboratoriyası yeni avadanlıqla təchiz edilib. 

"Nar” rəhbərliyi universitet rəhbərliyi ilə birlikdə yeni avadanlıqlarla tanış olmaq üçün laboratoriyaya baş çəkib və faydalı əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib. Müxtəlif mobil rabitə avadanlığı ilə təchiz olunmuş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradır və telekommunikasiyanı təcrübədə öyrənirlər. 

"Azerfon” MMC-nin ("Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke tələbələrə verdiyi layiqli qiymətə görə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevə təşəkkür edib. "Nar olaraq biz mühəndislik fakültəsi tələbələri ilə mobil rabitə ilə bağlı biliklərimizi bölüşür və onların peşəkar mobil rabitə mütəxəssisi kimi yetişməsini qarşımıza məqsəd qoyuruq. Bu mənada sizin universitetinizdə həyata keçirdiyimiz layihələr bütövlükdə Azərbaycanın rabitə bazarı üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə Qunnar Panke bildirib.

Göstərilən dəstəyə görə mobil operatora təşəkkürünü bildirən AzTU-nun rektoru Vilayət Vəliyev Nar GSM laboratoriyasının universitet üçün əhəmiyyətini qeyd edib: "Laboratoriyada cihazlarla işləyən tələbələr nəzəri biliklərini praktikada işlətmək imkanı əldə edirlər. Laboratoriyada əldə olunan praktiki biliklər tələbələrin yaxın gələcəkdə karyeralarında mühüm rol oynayacaq və onlar universitetimizi bitirdikdən sonra qısa müddət ərzində ünsiyyət sahəsi üzrə mütəxəssis olacaqlar”.

Qeyd edək ki, "Nar GSM” laboratoriyası "Nar” və AzTU arasında 2013-cü ildə imzalanmış memorandum əsasında fəaliyyət göstərir.

Hazırda 2,2 milyon abunəçiyə keyfiyyətli rabitə xidməti göstərən "Nar” son 3 ildə Abunəçi Sadiqlik İndeksinə görə ölkənin lider mobil operatorudur. Mobil operator müştəri yönümlü strategiyaya əməl edir və sərfəli qiymətə mükəmməl xidmət göstərir.






www.anews.az
0
Следите за нами в социальных сетях !

REKLAM

Лента новостей

Милли Меджлис осудил доклад Европарламента