• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Peşə etikası

1. VƏZİFƏ VƏ MƏQSƏDLƏR
Anews.az xəbər portalı müstəqil informasiya resursu, kommersiya layihəsidir.
Saytın əsas məqsədi etibarlı informasiya hazırlamaq və vacib hadisələri beynəlxalq standartlara uyğun işıqlandırmaqdır. Biz öz oxucularımıza balanslı xəbərlər verməklə düzgün nəticələr çıxarmağa və hadisələri dəyərləndirməyə şərait yaradırıq.
Dəyərlərimiz qərəzsizlik, balanslılıq, etimad və faydalılıqdır.
Qərəzsizlik - hər hansı hadisəni ona münasibət bildirmədən, neytral mövqedən işşıqlandırmaqdır.
Balanslılıq - biz işıqlandırdığımız bütün hadisələrin iştirakçılarına eyni özünü ifadə etmək imkanı veririk.
Etimad – doğru və dəqiqləşdirilmiş xəbər verməklə oxucumuzun etimadını qazanmaqdır.
1. PRİNSİP, QAYDA və STANDARTLARIMIZ
Baş redaktor redaktorların və jurnalistlərin Kodeksə riayət etməsinə məsuldur. 1 Müstəqillik
Anews.az müstəqil media orqanıdır. Mövzu seçərkən əsas meyar oxucu marağıdır. Vəzifəmiz oxuculara Azərbaycanda və dünyada baş verən mühüm hadisələri izah etmək, ən uyğun formatda etibarlı, hərtərəfli və obyektiv xəbər çatdırmaqdır. İşimizdə şəxsi siyasətçilərin, iş adamlarının, şirkətlərin, ictimai təşkilatların maraqlarını deyil, Anews.az-ın standart və qaydalarını rəhbər tuturuq. 1.1. Redaksiya müstəqilliyi
Anews.az-ın idarəetmə orqanı və reklam bölümü redaksiya siyasətinə müdaxilə etmir. Redaksiya siyasəti ilə bağlı qərarları Redaksiya Şurası verir. Mübahisəli hallarda Kodeksin qayda və prinsipləri əsas götürülür. 1.2. Redaksiya Şurası və fəaliyyəti
- Redaksiya Şurası - redaksiya siyasəti, redaksiya fəaliyyəti, planların hazırlanması ilə bağlı qərarlar verir, ən çətin və mübahisəli məsələlərdə qərar qəbul etmək işində portalın rəhbərliyinə köməklik göstərir;
6 MEDİA KODEKSİNİN TƏTBİQİ
- Anews.az-ın redaksiya fəaliyyətini tənzimləyən bu Kodeks 1 mart 2023-cü il tarixindən qüvvədədir və ondan əvvəlki tarixə şamil edilmir.
- Qüvvədə olan Kodeksə hər hansı dəyişiklik redaksiya Şurasında səs çoxluğu ilə təsdiqlənməli, daha sonra bütün əməkdaşlar məlumatlandırılmalıdır.
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости