1. VƏZİFƏ VƏ MƏQSƏDLƏR


Anews.az xəbər portalı müstəqil informasiya resursu, kommersiya layihəsidir.


Saytın əsas məqsədi etibarlı informasiya hazırlamaq və vacib hadisələri beynəlxalq standartlara uyğun işıqlandırmaqdır. Biz öz oxucularımıza balanslı xəbərlər verməklə düzgün nəticələr çıxarmağa və hadisələri dəyərləndirməyə şərait yaradırıq.


Dəyərlərimiz qərəzsizlik, balanslılıq, etimad və faydalılıqdır.


Qərəzsizlik - hər hansı hadisəni ona münasibət bildirmədən, neytral mövqedən işşıqlandırmaqdır.


Balanslılıq - biz işıqlandırdığımız bütün hadisələrin iştirakçılarına eyni özünü ifadə etmək imkanı veririk.


Etimad – doğru və dəqiqləşdirilmiş xəbər verməklə oxucumuzun etimadını qazanmaqdır.


Faydalılıq – materialların hazırlanmasında topluma və onun ayr-ayrı seqmentlərinə faydalı olmaqdır.


Uzunmüddətli məqsədimiz beynəlxalq standartlara uyğun xəbər yazmaqla uğurlu və dünya mediası ilə ayaqlaşa bilən media biznesi qurmaqdır.


Anews.az jurnalistləri öz işlərində bu Media Kodeksinə (bundan sonra sadəcə - Kodeks) riayət edərək şirkətin missiyasını və məqsədlərini həyata keçirməyə çalışmalıdır.


Bütün işçilər Kodeksin hazırkı versiyasını diqqətlə oxumalı və ona riayət etməlidir


Baş redaktor və redaktorlar jurnalistlərin işlərinin Kodeksin hazırkı versiyasına uyğunluğunu yoxlayırlar.


Baş redaktor redaktorların və jurnalistlərin Kodeksə riayət etməsinə məsuldur.


Kodeksi imzalayanlar onun müddəalarının qəbul edir və ona əməl etmə öhdəliyi götürürlər.


1. PRİNSİP, QAYDA və STANDARTLARIMIZ


Baş redaktor redaktorların və jurnalistlərin Kodeksə riayət etməsinə məsuldur.


1 Müstəqillik

Anews.az müstəqil media orqanıdır. Mövzu seçərkən əsas meyar oxucu marağıdır. Vəzifəmiz oxuculara Azərbaycanda və dünyada baş verən mühüm hadisələri izah etmək, ən uyğun formatda etibarlı, hərtərəfli və obyektiv xəbər çatdırmaqdır. İşimizdə şəxsi siyasətçilərin, iş adamlarının, şirkətlərin, ictimai təşkilatların maraqlarını deyil, Anews.az-ın standart və qaydalarını rəhbər tuturuq.


1.1. Redaksiya müstəqilliyi

Anews.az-ın idarəetmə orqanı və reklam bölümü redaksiya siyasətinə müdaxilə etmir.

Redaksiya siyasəti ilə bağlı qərarları Redaksiya Şurası verir. Mübahisəli hallarda Kodeksin qayda və prinsipləri əsas götürülür.


1.2. Redaksiya Şurası və fəaliyyəti

- Redaksiya Şurası - redaksiya siyasəti, redaksiya fəaliyyəti, planların hazırlanması ilə bağlı qərarlar verir, ən çətin və mübahisəli məsələlərdə qərar qəbul etmək işində portalın rəhbərliyinə köməklik göstərir;


- Redaksiya Şurasının tərkibi 3 nəfərdən ibarətdir. Bura portala rəhbərlik edən şəxslər, redaktorlar və kollektiv tərəfindən seçilən 1 jurnalist daxildir:


- Redaksiya Şurasının üzvlərinin siyahısı saytın bir bölməsində yerləşdirilir;


- Redaksiya Şurasının üzvləri səs çoxluğu ilə koordinator və katib seçir;


- Koordinator ən azı 6 ayda bir dəfə Redaksiya Şurasının iclasını təşkil edir və iclası aparır;


- Katib Redaksiya Şurasının iclaslarının yığcam protokollarını tərtib edir, yekun tövsiyyələri qeydə alır.


1.3. Anews.az siyasi baxımdan neytral mediadır

Siyasi partiyalardan, hərəkatlardan və ya konkret siyasətçilərdən heç birini dəstəkləmirik.


- Kiminsə siyasi, etik, estetik, dini və ya iş maraqlarının təbliğatına və ya əsassız tənqidinə yol verilmir.


1.4. Sahibkarlara hörmət edirik

Sahibkarlıq fikrinə yaxınıq və vicdanlı biznesi dəstəkləyirik. Bu, ayrı-ayrı şirkətlərə üstünlük verdiyimiz, bazarlar və iştirakçıları üçün vacib olan informasiyalar haqqında susduğumuz anlamına gəlmir.


1.5. Anews.az maraqlar toqquşmasının qarşısını alır və minimuma endirir

Jurnalistlər və redaktorlar öz materiallarının bütün "qəhrəmanları"na eyni dərəcədə obyektiv və qərəzsiz yanaşmalıdır. Jurnalistin obyektivliyinə təsir edə biləcək hallar (tərəflərin hər hansı biri ilə jurnalistin yaxın qohumluq münasibəti, işıqlandırılan məsələdə jurnalistin şəxsi və ya predmet üzrə marağı və s.) varsa, bu barədə redaktora və baş redaktora məlumat verməlidir.


Baş redaktor və ya redaktor maraqlar toqquşmasına səbəb ola biləcək amilləri qiymətləndirərək, həmin mövzunun redaksiyada olan başqa bir jurnalist tərəfindən hazırlanması ilə bağlı qərar qəbul edə bilər.


Maraqlar toqquşmasından qaçmaq alınmırsa, mətndə mütləq jurnalist obyektivliyinə mane ola biləcək həmin vəziyyət göstərilməlidir.


1.6. Pul və korporativ hədiyyələr

Biz hər hansı formada “hədiyyə” (pul, qiymətli hədiyyə, şəxsi maraqların təmin edilməsi və s.) qəbul etmirik. "Sifarişli" material işlədiyi ilə bağlı əsaslı şübhə doğuran jurnalist və ya redaktorun əmək müqaviləsinə (əmək qanunvericliyində nəzərdə tutulmuş qaydada) xitam veriləcək.


Jurnalist və redaktorlar heç vaxt məqalələrinin real və ya yaxın gələcəkdəki qəhrəmanları - siyasətçilər, iş adamları, məmurlar, hökumət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, müəssisələr, banklar və s. şəxslərdən pul mükafatı almamalıdır.


Biz mənbəyə, məqalə və müsahibə qəhrəmanlarına da pul ödəmirik.


Jurnalist və redaktor vəzifəsinin qərəzsiz icrasına təsir edə bilən və ya vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.


Jurnalist və redaktor vəzifəsinin qərəzsiz icrasına təsir etməmək şərtilə bayram və digər xüsusi günlərdə fiziki və ya hüquqi şəxslər, ictimai-siyasi şəxslərdən və s. ümumi məbləği 55 beş manatdan yuxarı olmayan və sadə qonaqpərvərlikdən yaranan hədiyyə qəbul edə bilər.


Eyni şirkətdən il ərzində alınan korporativ hədiyyələr yalnız Azərbaycanda qəbul edilən, qeyd olunan xüsusi günlərlə (Məsələn, Yeni il, Novruz bayramı, Mətbuat Günü, Qurban bayramı və s.), habelə saytın ad günü, yubileyi kimi əlamətdar günlərlə bağlı ola bilər.


Jurnalist və redaktor hədiyyə qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə rəhbərliyin rəyini öyrənməlidir.


Jurnalist və redaktora qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməli, maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə (məsələn, hər hansı səfərdə, tədbirdə qiymətli hədiyyə verilərsə), bu barədə birbaşa rəhbərliyə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər akt üzrə redaksiyaya təhvil verilməlidir. Bu qaydaların pozulması redaksiyadaxili intizam tədbirləri ilə yanaşı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinə də səbəb olur.


İşgüzar səfərlər və press-turlar hədiyyə deyil, işdir. Bu o deməkdir ki, jurnalist səfərdən oxuculara faydalı bir şey "gətirə" biləcəyini anlamalıdır. İşgüzar səfərlər və press-turlar, müvafiq məlumatları ehtiva edən press-turun nəticələrinə dair yazılmış materiallar redaksiyanın rəhbəri və ya baş redaktorla razılaşdırılır.


Jurnalist, redaktoru ilə əvvəlcədən razılaşdırmadan press-turun, işgüzar səfərin, konfransın, görüşün və s. nəticələrinə əsaslanan kontentin yayımlanması ilə bağlı qarşı tərəfə konkret tarix və vaxt vəd etməməklə yanaşı, materialın nəşr olunacağına da zəmanət verməməlidir.


1.7. Reklam və reklam şöbəsi ilə qarşılıqlı əlaqə

Anews.az "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nun normalarını rəhbər tutur.


Redaksiya materiallarında gizli reklam qadağandır.


Yayımlanması portalın məzmun strukturunu, layihələrini və bölmələrini poza bilən və ya nüfuz riskləri daşıyan reklam materialları baş redaktorla razılaşdırılır.


1.8. Oxucular qarşısında hesabatlılıq

Anews.az redaksiyası oxucuların mənalı suallarını və iddialarını rədd etmir. Bir oxucu və ya bir qrup oxucu məzmunun keyfiyyətindən narazılığını əsaslı şəkildə ifadə edirsə, redaktor və ya jurnalist (redaktora və ya Baş redaktora məlumat verib cavabı razılaşdıraraq) redaksiya mövqeyini (şikayəti aldığı eyni ünsiyyət kanalından istifadə edərək) izah etməlidir.


Bu Kodeksin məzmunu və ya pozuntuları haqqında iradlar [email protected] ünvanına göndərilə bilər.


1.9. Jurnalistlərin təhlükəsizliyi

Jurnalistlərin həyatı və təhlükəsizliyi bizim üçün çox vacibdir.


Jurnalistlər və redaktorlar işlərinin gedişatında həyatları və sağlamlıqları üçün mümkün olan riskləri istisna etmək və ya minimuma endirmək məcburiyyətindədir. Təzyiq və ya təhdid halında şirkət bütün hüquqi vasitələrlə işçilərini qoruyur.


- Jurnalistlər və redaktorlar peşə fəaliyyətlərinə görə aldıqları bütün təhdidləri baş redaktora, baş redaktor isə ciddi hallar barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə borcludur.


2.OBYEKTİVLİK VƏ ETİBARLILIQ

Biz fakt jurnalistikasına hörmətlə yanaşırıq və cəmiyyətdə obyektiv jurnalistikaya tələbat olduğuna inanırıq. Bu, etimad, dəqiqlik, operativlik və fikir balansı standartlarımızda əks olunur.


2.1. Etimad (Etibarlılıq)

Anews.az əsas redaksiya dəyəri və nüfuzunun təməli budur:


Operativlik önəmlidir, eksklüzivlik çox yaxşıdır, amma etibarlılıq ən vacibidir.


Operativliyə və eksklüzivliyə can atmaq etibarlılıq və dəqiqlik kimi standartların pozulmasına səbəb olmamalıdır. Etibarlılıq və dəqiqlik operativlikdən üstündür.


Jurnalistlərimiz yalnız təsdiqlənmiş faktları dərc edir.


Məlumat ilkin mənbədən və ya rəsmi mənbələrdən alınmadıqda / təsdiqlənə bilmədikdə, jurnalist öz materialında əsas mənbədən məlumat alan mediadan istinadla istifadə etməlidir.


Məlumat yalnız o halda anonim mənbəyə istinadən dərc oluna bilər ki, onu 3 müxtəliv mənbə təsdi eləmiş olsun.


2.2. Dəqiqlik

Faktları, fikirləri mümkün qədər dəqiq şəkildə çatdırırıq. Bu, xüsusilə sitatlar, şəxsi adlar, soyadlar, başlıqlar və rəqəmlərə aiddir.


Şəxsi, ailə, kommersiya və uşaq hüquqlarının qorunması zərurəti yarandığı hallarda şərti adlardan istifadə edilə bilər.


Biz faktlarla təsdiqlənməyən "görünməmiş", "ən yaxşı", "ən pis", "ən çox", "bənzərsiz" və s. kimi müstəsna xarakteristikalardan qaçırıq.


Jurnalistlər mənanı təhrif etmədən və verildiyi kontekstdə sitatlar dərc edirlər. Müsahiblə əlaqə quran Qaynarinfo-nun əməkdaşları deyilsə, açıqlamanın mənbəyi olan xəbərə birbaşa keçid lazımdır.


2.3. Operativlik

Məlumat optimal formatda nəşr olunur (bölmə 5.3-ə baxın). Xəbərlər vacibdirsə, qısa bir versiya mümkün qədər tez verilir və sonra lazım gəldikdə yeni detalları olan genişləndirilmiş bir material təqdim olunur.


2.4. Balans

Biz hazırladığımız materiallarda bütün tərəflərə söz demək imkanı yaradırıq.


2.5. Faktları şərhlərdən və qiymətləndirmə mühakimələrindən ayırmaq

Biz fakt jurnalistikasına hörmətlə yanaşırıq.


2.6. Təqsirləndirilən şəxslərə qarşı qərəzsizlik

Biz “Təqsirsizlik prezumpsiyası”na hörmətlə yanaşırıq.


Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü bir şəxsi cinayətdə günahkar adlandırmağa əsas verir. Məhkəmə qərarlarına deyil, yalnız hüquq-mühafizə orqanlarının bəyanatlarına və ittihamlarına əsaslanan ittihamçı ifadələrin (cinayətkar, rüşvətxor, pozucu və s.) istifadəsi qadağandır (İstisnalar, bir şəxsin cinayətdə iştirakına dair açıq sübutların olduğu hallardır. Məsələn, ağır cinayətin video sübutu və s.).


Anews.az-ın hüquq-mühafizə orqanlarının fəaliyyətini işıqlandıran jurnalistləri məhkəmə araşdırmasının və istintaqın mərhələlərini başa düşməli, qəhrəmanların vəziyyətini düzgün təsvir etməlidir: saxlanılan, şübhəli, təqsirləndirilən, saxlanılan və həbs edilmiş, məhkum edilmiş, cinayətkar və s.


2.7. Şəxsi həyata müdaxilənin yolverilməzliyi

Biz şəxsi həyata müdaxilə edilməməsi prinsipinə hörmətlə yanaşırıq.


Şəxsi həyatın bütün detalları yalnız şəxsin razılığı ilə dərc edilə bilər. Siyasətçilərin, dövlət məmurlarının və ictimai xadimlərin şəxsi həyatının ictimai maraq kəsb edən aspektləri istisnadır.


3 MƏLUMATLA İŞLƏMƏK

Plagiat və məlumat oğurluğunu qəbuledilməz hesab edirik. Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında Azərbaycanın mövcud qanunvericiliyinə əməl edirik, digər mediaların hüquqlarına hörmətlə yanaşırıq və öz hüquqlarımızı müdafiə edirik:


- Anews.az zorakılığı təbliğ edən, etnik nifrəti qızışdıran, konstitusiya quruluşunun zorakı şəkildə devirilməsinə çağırışlar edən, hər hansı bir irqi, dini, siyasi və ya digər ayrı-seçkiliyi təbliğ edən, ictimai asayişin pozulmasına yol verə biləcək məlumatları yaymır.


- Anews.az əxlaqi dəyərlərə zidd olan (açıq-saçıq, insest və s.) xəbərləri dərc etmir.


- Anews.az intihar və adi kriminal xəbərlərin dərcinə həssas yanaşır, bu aspektdə hər hansı xəbərin dərc edilməsi zamanı ictimai maraq kəsb edən hallar nəzərə alınır və baş redaktorla razılaşdırılır.


- Yayınlanmış materiallarla bağlı məhkəmə iddiaları olduqda Şirkət jurnalistlərə və redaktorlara hüquqi dəstək verir. Bununla belə, əməkdaşlar qanuna əsasən, dərc etdikləri məlumatlara görə müəllif olaraq şəxsən də məsuliyyət daşıdıdıqlarını unutmamalıdırlar.


3.1. Mənbələr

Mənbəsiz heç bir informasiya olmur.


- Yeni və ya vacib faktları səsləndirərkən həmişə mənbəyimizə və ya orijinal məlumat mənbəyinə istinad edirik.


- Anews.az "anonim bazar iştirakçıları", "mütəxəssislər" və başqa "havadan" alınan məlumatlar olmamalıdır.


- Ancaq 3 anonim mənbə təsdiq etdikdən sonra biz xəbəri məlumatlı mənbəyə istinadən dərc edə bilərik.


- Anews.az jurnalistləri digər medialardan götürülən məzmundan istifadə edərkən bu mənbələrin nüfuzu və etibarlılığı nəzərə almalıdır. Etibar qrupları üzrə media orqanlarının siyahısı (3 qrup) redaktorlar tərəfindən jurnalistlərə təqdim olunur. Anews.az yalnız əməkdaşlıq müqaviləsi imzaladığı agentlik və saytlardan məlumat götürür və istinad edir;


- Anews.az-ın müqaviləsi olmayan yerli media subyektlərindən (2-ci və 3-cü qruplar) məlumat götürmək zərurəti yaranırsa, əməkdaş bunu redaktor və ya baş redaktorla dəqiqləşdirməlidir. Həmin materialın yalnız 1/3 hissəsindən istifadəyə icazə verilir və əlavə dəqiqləşdirmə aparılır;


- Xarici media subyektlərinin materiallarından tam və ya qismən istifadə hallarında da mütləq mənbəyə istinad edilməlidir.


3.2. Mütəxəssislər və şərhçilər

- Ekspertlik - heç vaxt bir peşə deyil, bir insanın şərh etdiyi mövzuda onu mütəxəssis edən bir işi, yaxud keçmiş təcrübəsi olmalıdır və bu məqam oxucuya izah edilməlidir.


- Ekspert şərh olunan suala müvafiq olmalıdır.


- Çox geniş mövzuları şərh etməyə hazır olan universal mütəxəssislərin fikirləri bizim platformada yer almamalıdır.


3.3. Anonim mənbələrlə işləmək

Ən yaxşı mənbə - anonim olmayan mənbədir.


- Anonim mənbələrdən bu hallarda istifadəyə icazə verilir: məlumat bazar və ya cəmiyyət üçün vacibdir, amma mənbə səlahiyyətli şəxsdir, əvvəllər etibarlılığını sübut edib və anonimliyini qorumaqda israrlıdır.


- Anonim mənbədən alınan məlumatlara əsaslanan xəbərləri dərc etmək üçün mövzuyla əlaqəsi olan daha iki mənbədən təsdiq tələb olunur (heç bir halda bir təsdiqə icazə verilmir).


- Biz mənbənin sözündən sui-istifadə etmirik. Mənbə məlumatı bilərəkdən jurnalistlərə "sızdıran" adamdır və bu məqamı unutmuruq.


- Xəbərdə anonim mənbənin dilindən xüsusən də kiminsə ünvanına mənfi məlumatlar səslənirsə, hüquqi və yaxud alternativ bir fikir bildirmək vacibdir. Xəbərin mətnində bunu etmək mümkün deyilsə, əlaqəli xəbərlər, məqalələr, müsahibələr, sənədlər, hüquqi və alternativ fikirləri, versiyaları, faktları özündə əks etdirən hiperlinklərdən nümunə hazırlayaraq boşluğu doldurmalısınız.


- Anonim mənbəyə istinad edərkən, jurnalist məlumatın dəqiqliyinə görə şəxsi məsuliyyət daşıyır. Jurnalist bu məlumatların düzgünlüyünə yüksək dərəcədə əmin olmalıdır.


- Jurnalist xatırlamalıdır ki, məhkəmə müvafiq qərar çıxararsa, məlumat mənbələrini açıqlamağa məcbur olacaq və onlar şahid qismində məhkəməyə verilə bilər:


-08 fevral, 2022-ci il tarixindən qüvvəyə minən "Media haqqında Azərbaycan Respublikasının Qanunu"nun 15.3-cü maddəsinə əsasən məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:


insan həyatının müdafiəsi üçün;


ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;


ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.


Bu hallardan başqa mənbənin açıqlanması tələb edilə bilməz.


- Jurnalist yazısını nəşr etməzdən əvvəl redaktor və yaxud baş redaktor tələb edərsə, mənbənin adını ona açıqlamalıdır. Öz növbəsində redaktorlar mənbənin adını heç bir halda başqasına açıqlamamağı öhdəsinə götürür.


- Anonim mənbədən məlumat dərc etməklə Baş redaktor materialın etibarlılığı və düzgünlüyünə görə məsuliyyəti jurnalistlə bölüşür.


- Anews.az redaksiyasının əməkdaşlarına anonim və anonim olmayan mənbələrdən elektron poçt, telefon vasitəsi ilə müsahibə, foto və video çəkiliş, konfrans öncəsi və digər tədbirlər zamanı daxil olan bütün məlumatlar qeydə alınmalı və ən azı üç il saxlanılmalıdır.


3.4. Sosial şəbəkələrdən məlumatlar

Sosial şəbəkələr təsdiqlənmiş informasiya mənbəyi deyil.


- Şəbəkə istifadəçilərinin paylaşdığı videodan istifadə edərkən, o da yuxarıda qeyd edilən üsullarla təsdiqlənməlidir. Bu cür məzmun istifadəçi tərəfindən yaradılan məzmun olaraq etiketlənməlidir.


3.5. Müsahibə və şərhlərin razılaşdırılması

Razılaşdırma bir şərh və ya müsahibəni yenidən yazmaqdan ibarət deyil.


- Şərh və ya müsahibə üçün müraciət edərkən, Anews.az-ın jurnalisti şərhçinin hansı məqsədlə lazım olduğunu və materialın harada yayımlanacağını xəbərdar etməlidir.


- Anews.az jurnalistləri qanunun tələblərinə riayət edir, müsahibin xahişi ilə mətndə gedən sitatlar barədə razılığa gəlir.


- Eyni zamanda, biz birbaşa nitqin yenidən yazılmasına, mahiyyətin dəyişdirilməsinə, sualların silinib- əlavə olunmasına icazə vermirik. Əgər kompromisə gəlmək mümkün deyilsə, birbaşa nitqdən dırnaq işarələrini çıxarmaq və əldə edilən məlumatları oxuculara çatdırmaq hüququnu özümüzdə saxlayırıq.


- Anews.az-ın jurnalistləri və redaktorları heç vaxt müsahibin özünə aid sitatlar istisna olmaqla məqalənin tamını müsahib və ya mətbuat xidmətlərinə göstərmir. Müsahibələr bu redaktə elementləri olmadan razılaşdırılır: başlıq, altbaşlıq, haşiyələr, bölmələr, arayışlar və s.


3.6. Press-relizlərlə işləmək

- Biz press-relizləri hazır xəbər kimi yerləşdirmirik. Əgər press-reliz məlumatlarına əsaslanaraq redaksiya məzmununu yazırıqsa, o zaman mütləq faktları yoxlayır, mətni redaktə edir, reklam xarakterli məlumatları silir, alternativ fikirlər əlavə edir və rəqabət aparan markalar, məhsullar və s. haqqında məlumatlar əlavə edirik. Redaksiya materiallarında şirkətlərin, markaların, məhsul və xidmətlərin adlarının qeyd edilməsi oxucu marağını rəhbər tutaraq təmtəraqsız və əsaslandırılmış olmalıdır.


- Bu Kodeksə uyğun olaraq redaktə dəyişiklikləri etmədən partiya və korporativ mətbuat açıqlamalarını (press-relizləri) yerləşdirmək yalnız materialın reklam xarakterini nəzərə alaraq mümkündür.


3.7. Səhvlərin düzəldilməsi, təkzib

Biz maksimum səhv buraxmamağa çalışırıq, amma baş verəndə tez düzəldirik.


- Səhv baş verərsə, jurnalistlər yazdıqları faktiki xarakterli səhvləri və ya qeyri-dəqiqlikləri ən qısa zamanda düzəltməlidirlər.


- Əgər səhv jurnalist tərəfindən buraxılıbsa onda DÜZƏLİŞ sözü yazılır.Yox əgər səhv informasiya verən tərəfindən buraxılıb, sonra təkzib göndərilibsə RƏSMİ DÜZƏLİŞ sözü xəbərin sərlövhəsi qarşısında qeyd edilir.


- Materialın yenidən işlənmiş parçası mütləq BOLD şriftlə digər mətndən seçilməlidir. - Səhv nüfuza və ya kommersiya zərərinə səbəb olarsa, redaktorlar "zərərçəkmiş" tərəfə cavab hüququ verirlər.


- Bir jurnalistin birbaşa rəhbərinə və baş redaktoruna xəbərdarlıq etmədən səhvləri düzəltmək haqqı yoxdur. İstisnalar qrammatik və texniki səhvlərdir.


- Anews.az redaksiya kontentini silmir. İstisna məhkəmə qərarı və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun”la tənzimlənən hallardır. Şübhə və ya sual yarandığı təqdirdə məlumatlar Kodeksdə göstərilən tələblərə cavab verirsə, jurnalist problemi redaktoru və ya baş redaktoru ilə müzakirə etməyə borcludur. Material üzərində işləmək və ya yayımlanmaq qərarı baş redaktor və ya onu əvəz edən şəxs tərəfindən verilir.


3.8. Anews.az-ın müəllif hüquqları

- Anews.az digər media subyektləri ilə qarşılıqlı və ya birtərəfli əməkdaşlığını yalnız müqavilə əsasında tənzimləyir;


- Anews.az ilə hər hansı yazılı müqaviləsi olmayan digər media subyekti yalnız açıq materiallarımızın 1/3 hissəsindən və istinadla istifadə edə bilər;


- Anews.az ilə rəsmi müqavilə bağlayan media subyektləri yalnız hər kəsə açıq materiallardan tam istifadə edə bilər;


- Qeydiyyatlı istifadəçilər üçün nəzərdə tutulan ödənişsiz və ödənişli materialların istifadəsi üçün də ayrıca müqavilə tələb olunur, yaxud ümumi müqavilədə istifadə şərtləri ayrıca tənzimlənir;


- Anews.az müəllif hüquqlarının pozulması ilə rastlaşan hər bir əməkdaş bu barədə dərhal redaktorlara məlumat verməlidir;


- Müəllif hüquqlarının pozulması halları ilə bağlı Qaynarinfo-nun məhkəməyə müraciət etmək hüququ var. əxlaqi dəyərlərə zidd olan (açıq-saçıq, insest və s.) xəbərləri dərc etmir.


- Anews.az intihar və adi kriminal xəbərlərin dərcinə həssas yanaşır, bu aspektdə hər hansı xəbərin dərc edilməsi zamanı ictimai maraq kəsb edən hallar nəzərə alınır və baş redaktorla razılaşdırılır.


- Yayınlanmış materiallarla bağlı məhkəmə iddiaları olduqda Şirkət jurnalistlərə və redaktorlara hüquqi dəstək verir. Bununla belə, Qaynarinfo-nun əməkdaşları yadda saxlamalıdır ki, qanuna əsasən, dərc etdikləri məlumatlara görə müəllif olaraq şəxsən də məsuliyyət daşıyırlar.


4 ETİKA VƏ KOMANDA İŞİ

Anews.az-ın hər bir əməkdaşı redaksiyanın rəsmi nümayəndəsidir. Odur ki, əməkdaşlar hətta işdən sonra redaksiyanın imicinə xələl gətirəcək hərəkətlərə yol verməməlidirlər.


4.1. Jurnalist ictimai- siyasi fəal deyil.

Anews.az-ın jurnalistləri və redaktorları:


- Anews.az saytında, həmçinin onun sosial media hesablarında öz şəxsi fikirlərini yazmaq və yaymaq üçün istifadə edilə bilməz (bura bloq yazıları daxil deyil);


- İşlədikləri müddətdə siyasi, ictimai və reklam kampaniylarına (jurnalist həmrəyliyi kampaniyalarından başqa) qatıla bilməz;


- Plagiata yol verə, faktların qəsdən təhrif edə, böhtan ata, əsassız ittihamlara yol verə bilməz; - Hətta şəxsi sosial şəbəkələrinizdə yazdıqları və yaydıqları Anews.az-ın imicinə xələl gətirirsə bunu edə bilməz.


- Nəşrə hazırlanan mövzularla bağlı sosial şəbəkələrdə arqumentsiz qiymətləndirici mühakimələrdən çəkinməlidir. Qaynarinfo-nun jurnalistləri material yayımlanana qədər materialın gələcək qəhrəmanlarını müzakirə etmir.


- Anews.az-ın bütün əməkdaşları diskussiya aparmaq üçün sivil qaydalara riayət etməlidir. Həm redaksiyanın, həm də jurnalistin qərəzsizliyi və obyektivliyini şübhə altına ala biləcək hər hansı hərəkət və qiymətləndirmədən çəkinməlidir.


- Zorakılığı, etnik nifrəti, hər cür irqi, dini, siyasi və ya digər ayrı-seçkiliyi təbliğ etmək qadağandır.


4.2. Media fəallığı

- Jurnalist yalnız birbaşa rəhbəri və ya baş redaktoru ilə razılaşdıqdan sonra digər mediaya şərh verə bilər; Eyni şey hər hansı bir tok-şouda və televiziya proqramında, konfransda, dəyirmi masada və s. iştiraka da aiddir.


- Baş redaktor və ya redaktorların razılığı olmadan başqa mediada materiallarını (xəbərlər, bloqlar, məqalələr və s.) dərc etməməlidir.


- Hazırladığı yazının, bu Kodeksin tələblərinə uyğun olaraq toplanmış məlumatların təhlükəsizliyini təmin etməli, başqa mediaya sızmasının qarşısını almalıdır.


Jurnalist yalnız birbaşa rəhbəri və ya baş redaktoru ilə razılaşdıqdan sonra digər mediaya şərh verə bilər; Eyni şey hər hansı bir tok-şouda və televiziya proqramında, konfransda, dəyirmi masada və s. iştiraka da aiddir.


- Baş redaktor və ya redaktorların razılığı olmadan başqa mediada materiallarını (xəbərlər, bloqlar, məqalələr və s.) dərc etməməlidir.


- Hazırladığı yazının, bu Kodeksin tələblərinə uyğun olaraq toplanmış məlumatların təhlükəsizliyini təmin etməli, başqa mediaya sızmasının qarşısını almalıdır.


4.3 Uşaqlarla bağlı materiallar necə işıqlandırılmalıdır?

Oxucularımız arasında hər zaman uşaqların ola biləcətini unutmamalıyıq


- Uşaqlara pis təsir edə biləcək xəbərlər ( məsələn hər hansı hadisənin işıqlandırılması zamanı verilə biləcək vacib xəbər) olarsa başlığın qarşısında mütləq 18+ yazılmalıdır.


- Jurnalistlərimiz uşaqlardan müsahibə alarkən mütləq onların ya müəllimi, tərbiyəçisi, ya da valideyni iştirak etməlidir.


- Uşaqların təhlükəsizliyinə hələl gətirə biləcək məlumatlar jutrnalist tərəfindən dərc olunmamalıdır. Baş redaktor buna nəzarət etməlidir.


- Jurnalistin uçaqlardan müsahibə götürərkən ona "sən" deyə müraciət etmək hüququ yoxdur.


4.4 İnsan alveri qurbanları ilə bağlı materiallar necə işıqlandırılmalıdır?

İnsan alveri qurbanı olan insanların çox həssas insan kütləsinə aid olduğunu biz unutmamalıyıq.


- İnsan alveri qurbanı olmu şəxslə danışarkən onu aşağılaya biləcək, psixoloji təsir edəcək ifadələrə yol verməməliyik


- İnsan alveri qurbanı ilə bağlı video material hazırlayarkən onun üzü bağlanmalı və səsi dəyişdirilməlidir .


- İnsan alveri qurbanı olan şəxsləri digər Anews.az jurnalistinə icazə verilmir.


- Bütün bu qaydalara riayət etməyən jurnaist iltizam qaydasında redaksiya şurası tərəfindən cəzalandırıla bilər.


5 HƏDƏF KÜTLƏMİZ, ÜSLUB və MƏZMUN
5.1. Kimin üçün yazırıq?

Anews.az-ın bütün redaksiya materialları bu Kodeksin missiyasına və tələblərinə uyğun olmalıdır. Yəni, etibarlı məlumat vermək və fəal azərbaycanlıya vacib hadisələri izah etmək. Oxucularımıza şüurlu qərarlar verməyə kömək edirik.


Önəmli olan böyük qruplar:


- mütəxəssislər (İT mütəxəssisləri, maliyyəçilər, yaradıcı iqtisadiyyat işçiləri, elm nümayəndələri və s.);


- menecment, muzdlu işçilər;


- sahibkarlar, startapçılar;


- dövlət qulluqçuları və siyasətçilər;


- tələbələr, digər aktiv gənclik qrupları.


Bu o deməkdir ki, bu qrupların həyatına, peşəsinə və ya gündəlik qərarlarına təsir edə biləcək vacib məlumatlara üstünlük verilir.


5.2. Necə yazırıq?

Hər bir materialda məlumatların tamlığı, təqdimatın sadəliyi və aydınlığı üçün çalışırıq. Oxucu yazılanları asanlıqla başa düşməli və əsas suallara cavab almalıdır: kim, nə, nə vaxt, niyə, necə… … günahkar kimdir, səbəblər nədir, aradan qaldırmaq üçün nə etmək lazımdır... Daha çox baş verən - süjet əhatə olunmalıdır.


Üslub: Girişdə parazit-sözlərdən minimum istifadə edilməlidir (Məsələn: baxmayaraq ki, hansı ki, əlavə olaraq, eyni zamanda və s...).


Cümlələr uzun olmamalıdır. Nöqtə jurnalistin dostudur. Mənbə və ya rəsmi sənəddən asılı olmayaraq, mürəkkəb cümlələrdən, çətin sitatlardan, bürokratik kargüzarlıq lüğətindən sui-istifadə edilməməlidir.


5.3. Başlıqlar

- Əsas qayda - başlıqlarımız oxucunu heç vaxt aldatmamalıdır. Məqalənin və ya xəbərin mahiyyəti başlığa uyğun olmalıdır.


Başlıqlar necə olmalıdır?


- Başlıqlarda tanınmış bir siyasətçinin, iş adamı və ya məşhurun adından qısa, aydın sitatdan istifadə etmək olar. Amma bu zaman dırnaq işarəsi yazılmır.


- Başlıqlarda ümumiləşdirmələrə icazə verilir.


5.4. İstifadəçi kontenti

Redaksiya heyəti tərəfindən yazılmayan və ya redaksiya heyəti tərəfindən sifariş verilməyən, kənar müəlliflər tərəfindən təqdim olunan materiallar, bu Kodeksin tələblərinə uyğundursa, "Bloqlar" bölməsində dərc olunur. Hətta kənar mütəxəssislərin analitik materialları çox nadir hallarda məqalə formatında nəşr olunur (redaktor və ya baş redaktorla razılaşdırılmalıdır).


Bloqlar bölməsi


Bloqlar əsasən nüfuzlu peşəkarlar, mütəxəssislər və tanınmış müəlliflərdən ibarət bir düşüncə mərkəzidir. Məqsədi əhəmiyyətli, aktual və faydalı mövzularda yazan müəllif-ekspertləri birləşdirən etibarlı platforma olmaqdır.

Bloq açmaq və ya hansısa müəllifin bloqunu bağlamaq qərarı Baş redaktor və ya onu əvəz edən redaktor tərəfindən qəbul edilir. Bu qərar əsaslandırılmış olmalıdır.

Redaktorların bloq yazılarını redaktə etmək hüququ var. Amma bunu yazının mahiyyətinə və ana fikrinə toxunmadan etməlidir. Materialın ana fikrinə ziyan vura biləcək redaktələr müəlliflə razılaşdırılmalıdır. Ortaq bir razılaşma əldə edilmirsə, redaktor bu materialın dərcindən imtina edə bilər.


Redaktorların işi həm də yeni bloqçuları müəyyənləşdirmək, Baş redaktorla razılaşdırmaqla əməkdaşlığa cəlb etmək, materialların bu Kodeksin tələblərinə uyğunluğunu yoxlamaq və platformaya yerləşdirilməsini təmin etməkdir.


Bloq materialları aşağıdakı tələblərə uyğun olmalıdır:


- Mövzunun ictimai yükü, biznes, siyasi və ya ictimai həyata faydalılığı;


- şəxsi müşahidələr və əsaslandırılmış nəticələr;


- aydın, asan təqdimat tərzi;

- faktların, rəqəmlərin və sitatların mənbəyinin göstərilməsi.


5.5. Foto və video ilə işləmək

Saytdakı bütün xəbər materiallar təsvirlə (ən azı bir əsas FOTO) verilməlidir. Foto və ya videomətn məzmunla birbaşa, açıq bağlılığa malik olmalıdır. Redaktorlar və jurnalistlər yerləşdirilən fotoşəkillərin keyfiyyət və müxtəlifliyini diqqətdə saxlamalıdır.


5.7. Etiketlər

Etiketlər- açar sözlər, teqlər. Saytdakı hər bölməyə və hər bir materiala mütləq etiketlər əlavə olunmalıdır.


Etiketlərlə işləmək üçün əsas tələblər aşağıdakılardır:


- hər bir məzmun elementində (xəbərlər, sənədlər, foto qalereya, video və s.) etiket dəsti olmalıdır

- Etiketlər həmişə eyni və birmənalı olmalıdır. Nümunələr: DB, DB, Dünya Bankı, Dünya Bankı olmamalıdır - bütün hallar üçün yalnız bir Dünya Bankı etiketi; "rüşvət" etiketi həmişə "rüşvət" olmalı, "rüşvətlər" olmamalıdır; müvafiq ad etiketləri (qısaltmalar daxil olmaqla) yalnız bir versiyada olmalıdır;


- etiketlər məzmunun bütün məlumat yükünü əks etdirməlidir.


6 MEDİA KODEKSİNİN TƏTBİQİ

- Anews.az-ın redaksiya fəaliyyətini tənzimləyən bu Kodeks 1 mart 2023-cü il tarixindən qüvvədədir və ondan əvvəlki tarixə şamil edilmir.

- Qüvvədə olan Kodeksə hər hansı dəyişiklik redaksiya Şurasında səs çoxluğu ilə təsdiqlənməli, daha sonra bütün əməkdaşlar məlumatlandırılmalıdır.


Лента новостей

Состоялось судебное заседание по делу Расула Джафарова