İdmançımız Dünya Kubokunda qızıl medal qazandı
Azərbaycan gimnastı Oleq Stepko Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl medal qazanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Dünya Kuboku yarışlarının rəsmi saytında məlumat verilir.
Finalda idmançımız 15.825 xal toplayıb.
Digər Azərbaycan gimnastı Petro Paxnyuk isə 14.450 xalla yeddinci olub.
Oleq Stepko 1994-cü il martın 25-də Ukraynanın Zaporojya şəhərində anadan olub. Ukrayna əsilli azərbaycanlı idman gimnastıdır. 2014-cü ilə qədər doğma vətəni olan Ukraynanı təmsil edib.
2015-ci ildə Şotlandiyanın paytaxtı Qlazqo şəhərində keçirilən Dünya Çempionatının bürünc medalçısıdır. 2013-cü ildə Moskva şəhərində keçirilən Avropa Çempionatının qızıl medalçısıdır.
2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının 5 qat medalçısıdır. Oleq Stepko Bakıda Avropa Oyunlarında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Azərbaycanın Avropa Oyunları tarixindəki ən titullu idmançısıdır.
www.ann.az
Похожие новости
Похожие новости
Последние новости
Еще новости