ABŞ indeksləri kəskin düşüb

Aprelin 8-də Amerika birjalarında səhmlərin qiymətləri ticarət sessiyasının sonunda kəskin enib. Sessiyanın əvvəlində sürətli artım müşahidə olunsa da, daha sonra bu, mənfi tendensiya ilə əvəzlənib. Bu barədə Bloomberg məlumat yayıb.
Günün sonunda Dow Jones sənaye indeksi 0,8%, S&P - 1,5%, texnologiya yönümlü Nasdaq isə 2,1% ucuzlaşıb.
Sessiyanın əvvəlində hər üç əsas indeks təxminən 4% artmışdı. Lakin Ağ Evin 9 apreldən etibarən Çin məhsullarına 104%-lik gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra vəziyyət dəyişib.
Londonda ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 3,9% azalaraq 61,69 ABŞ dollarına düşüb. Bu, Brent neftinin qiymətinin 62 dollar səviyyəsindən aşağı düşməsi ilə nəticələnib — sonuncu dəfə bu qiymət 7 aprel 2021-ci ildə qeydə alınıb.
Amerika fond birjaları əsas indekslərin ardıcıl dördüncü ticarət sessiyasında da düşməsi ilə üzləşib.
Analitiklər bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən başlanan ticarət müharibəsinə maliyyə bazarlarının reaksiyası kimi qiymətləndirirlər.
N.Təbrizli
Последние новости
Еще новости 