Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub - Yenilənib

Azərbaycanın daha bir yunan-Roma güləşçisi – Qurban Qurbanov Avropa çempionatında qızıl medal qazanıb.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən qitə birinciliyində 82 kq çəki dərəcəsində çıxış edən idmançı finalda macarıstanlı Erik Silvassini üz-üzə gəlib.
Rəqibini 6:0 hesabı ilə məğlub edən Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
***
Bu gün Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı başa çatır.
Yarışın son günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Nihat Məmmədli ardıcıl ikinci, Həsrət Cəfərov isə üçüncü dəfə qitə çempionu olublar.
Nihat Məmmədli Georgi Tibilova (Serbiya) 7:3, Həsrət Cəfərov isə Abu Muslim Amayevə (Bolqarıstan) 7:1 hesabı ilə qalib gələrək Avropa çempionluğunu qazanıblar.