• $
  • £

Qazaxıstanın neft hasilatı iyunda artaraq rekord səviyyəyə çatıb

Qazaxıstanın neft hasilatı iyunda artaraq rekord səviyyəyə çatıb
01.07.2025 17:25

Dünyanın ilk on neft istehsalçısından biri olan Qazaxıstanda neft hasilatı ötən ay artaraq mart ayında qeydə alınmış rekord səviyyəyə çatıb. Bu barədə məsələyə bələd olan mənbə Reuters agentliyinə məlumat verib.

İyunda, ABŞ-ın “Chevron” şirkətinin rəhbərlik etdiyi Tengi̇z yatağında hasilatın artması ilə Qazaxıstanın xam neft hasilatı əvvəlki aya nisbətən 7,5% artaraq gündəlik 1,88 milyon barelə çatıb. Bu göstərici ölkənin OPEC+ çərçivəsində iyun üçün müəyyən edilmiş 1,5 milyon barel kvotasını xeyli üstələyib.

Mənbənin sözlərinə görə, ümumilikdə xam neft və kondensat istehsalı iyunda 2,15 milyon barel/gün təşkil edib ki, bu da may ayındakı 2,02 milyon bareldən çoxdur.

Tengiz yatağında gündəlik hasilat iyunda 953 min barelə yüksəlib, may ayında bu göstərici 813,200 barel idi. "Chevron" yanvar ayında bu mürəkkəb və yüksək kükürdlü sahədə 48 milyard dollarlıq genişlənmə layihəsinə başlayıb.

Tengiz yatağının operatoru “Tengizchevroil” ticarət fəaliyyətinə dair şərh verməyib, Qazaxıstanın energetika nazirliyi isə Reuters-in sorğusuna cavab verməyib. Nazirlik daha əvvəl OPEC+ razılaşmasına sadiq qaldıqlarını, lakin milli maraqların prioritet olduğunu bəyan etmişdi.

OPEC+ qrupunun 8 üzvü – Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, İraq, BƏƏ, Qazaxıstan, Oman və Əlcəzair – avqust ayı üçün hasilat siyasətini müəyyənləşdirmək məqsədilə iyulun 6-da görüşəcək.

Reuters-in əldə etdiyi məlumata görə, bu görüşdə OPEC+ tərəfindən gündəlik hasilatın 411 min barel artırılması qərara alına bilər.

İlin ilk yarısında Qazaxıstanın kondensatsız neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1,79 milyon barel/gün səviyyəsinə yüksəlib.

Reuters-in dövlətə məxsus “KazMunayGaz” şirkətinin məlumatlarına əsaslanan hesablamalarına görə, Qazaxıstan bu il neft hasilatı üzrə əvvəlki proqnozlarını təxminən 2% üstələyə bilər.

N.Təbrizli

Похожие новости
Похожие новости
Azerbaijan Airlines выполнила первый рейс в турецкий Карс
Экономика 16:20
Azerbaijan Airlines выполнила первый рейс в турецкий Карс
Юные паралимпийцы при поддержке Azercell завоевали 34 медаль на международной арене
Экономика 16:00
Юные паралимпийцы при поддержке Azercell завоевали 34 медаль на международной арене
Банк ABB заключил первую сделку в сфереисламского банкинга!
Экономика 15:18
Банк ABB заключил первую сделку в сфереисламского банкинга!
Azeri Light crude rises nearly 8%
Экономика 13:00
Azeri Light crude rises nearly 8%
SOCAR и Gran Tierra Energy планируют провести 2D-сейсморазведку
Экономика 12:40
SOCAR и Gran Tierra Energy планируют провести 2D-сейсморазведку
Внутренний государственный долг Азербайджана приблизился к 16 млрд манатов
Экономика 12:20
Внутренний государственный долг Азербайджана приблизился к 16 млрд манатов
Нефть Azeri Light подорожала почти на 8%
Экономика 12:00
Нефть Azeri Light подорожала почти на 8%
Азербайджан и Южная Корея расширяют сотрудничество
Экономика 11:39
Азербайджан и Южная Корея расширяют сотрудничество
Центробанк Азербайджана сохранил курс доллара без изменений
Экономика 10:19
Центробанк Азербайджана сохранил курс доллара без изменений
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости