ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarını blokadada saxlamağa davam edir
Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri artıq İranla əlaqəli olan və həmin ölkənin limanlarına gedən və ya oradan çıxan 118 ticarət gəmisini ələ keçirib.Bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verib.
"31 may tarixinə olan məlumata görə, blokadanı tətbiq etmək üçün 118 ticarət gəmisi yönləndirilib və beş gəmi fəaliyyətdən kənarlaşdırılıb", - deyə bildirilib.
Mərkəzi Komandanlıq (CENTCOM) bildirib ki, blokada İran limanlarına və sahil ərazilərinə, o cümlədən Fars körfəzindəki və Oman körfəzindəki bütün İran limanlarına daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı tətbiq olunmağa davam edir.
Последние новости
Еще новости