Ruslar Putinə sarayını uşaqlara verməyi təklif etdilər

14:32 | 23.01.2021
Ruslar Putinə sarayını uşaqlara verməyi təklif etdilər

Ruslar Putinə sarayını uşaqlara verməyi təklif etdilər

Rusiyalılar prezident Vladimir Putinə müraciət edib. 

Change.org saytında yayımlanan bu müraciətdə onlar Putinə "Gelencik yaxınlığındakı sarayını" uşaqlara verməyi təklif ediblər.


"Bu saray müxtəlif siyasi partiyaların nümayəndələri, televiziya və mətbuatın iştirakı ilə açıq və şəffaf şəkildə uşaqlara verilsin. Gələcəkdə isə kütləvi informasiya vasitələri bu obyektə sərbəst giriş əldə etməli və Rusiya vətəndaşlarına onun oliqarxlar və incə elitanın deyil, sadə rus xalqının uşaqlarının mənafeləri naminə istifadəsi barədə məlumat verməlidir. Hər şeyin yaxşısı uşaqların olsun!" - müraciətdə deyilir.


Xatırladaq ki, "Putin sarayı" haqda ictimaiyyət müxalif siyasətçi Aleksey Navalnının YouTube-da yayımladığı araşdırma materiallarından sonra məlum olub.




www.anews.az
0
Следите за нами в социальных сетях !

REKLAM

Лента новостей

Милли Меджлис осудил доклад Европарламента