• $
  • £

Tramp qeyri-qanuni miqrantları hərbi təyyarə ilə Hİndistana göndərib

Tramp qeyri-qanuni miqrantları hərbi təyyarə ilə Hİndistana göndərib
05.02.2025 19:35
ABŞ-ın Hindistan mənşəli qeyri-qanuni miqrantları daşıyan hərbi təyyarəsi çərşənbə günü günorta saatlarında Hindistanın şimalındakı Amritsar şəhərinə eniş edib. Bu barədə The New York Times qəzeti 5 fevralda ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bu, ABŞ deportasiya tarixində ilk dəfədir ki, belə bir əməliyyat üçün hərbi-nəqliyyat aviasiyasından istifadə olunur.

"ABŞ Müdafiə Nazirliyi çərşənbə günü təsdiqlədi ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 təyyarəsi Şərq vaxtı ilə səhər saat 3:30 radələrində Hindistanın Amritsar şəhərinə eniş edib", – NYT yazır.

Hindistana gətirilən miqrantların dəqiq sayı məlum deyil. The Times of India qəzeti 104 miqrantın deportasiya edildiyini bildirsə də, India Today portalı mənbələrə istinadən təyyarədə 205 nəfərin olduğunu yazıb.

Bundan əvvəl Bloomberg agentliyi mənbələrə istinadən Hindistan hökumətinin ABŞ ərazisində qeyri-qanuni yaşayan vətəndaşlarının deportasiyası məsələsində Ağ Ev ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi.

Yanvarın 20-də ABŞ Prezidenti vəzifəsinə başladıqdan sonra Donald Tramp ilk çıxışında qeyri-qanuni miqrasiyanı dərhal dayandıracağını və "milyonlarla miqrantın deportasiya prosesinə başlanacağını” vəd etmişdi. Həmin gün o, ölkənin cənub sərhədindəki vəziyyətlə bağlı ümummilli fövqəladə vəziyyət rejimi elan etmişdi.
 
N.Təbrizli




















www.anews.az
Похожие новости
Похожие новости
США перебрасывают тяжелые бомбардировщики в Британию
В мире 18:01
США перебрасывают тяжелые бомбардировщики в Британию
Индия вооружается российской «Тунгуской»
В мире 17:42
Индия вооружается российской «Тунгуской»
Важное соглашение Украины и Саудовской Аравии
В мире 16:43
Важное соглашение Украины и Саудовской Аравии
Дроны бьют по авиазаводу в Смоленске
В мире 16:03
Дроны бьют по авиазаводу в Смоленске
Куба обратилась за помощью к Ватикану
В мире 15:43
Куба обратилась за помощью к Ватикану
Индия хочет возобновить импорт российского СПГ
В мире 15:04
Индия хочет возобновить импорт российского СПГ
Путин созывает Совбез
В мире 14:45
Путин созывает Совбез
Иран полностью закрыл Ормуз
В мире 14:25
Иран полностью закрыл Ормуз
Американцы испытали гиперзвуковую ракету большой дальности
В мире 14:05
Американцы испытали гиперзвуковую ракету большой дальности
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости