Kiyev Rusiyanın neft nəhənglərinə sanksiya qoymağı tələb edib

Ukraynanın baş naziri Yuliya Sviridenko ABŞ və Avropa İttifaqını Rusiyanın əsas enerji şirkətlərinə qarşı sanksiyalar tətbiq etməklə onun neft gəlirlərini dayandırmağa çağırıb.
ABŞ maliyyə naziri Skott Bessentin dəvəti ilə keçirilən və ABŞ prezidenti Donald Trampın açılışını etdiyi ABŞ-AB görüşündə iştirak etdikdən sonra Sviridenko Telegram-da yazıb ki, beynəlxalq tərəfdaşların ədalətli və davamlı sülhə yönəlmiş səylərini alqışlayır.
O bildirib ki, sanksiyalar artıq Rusiyaya 160 milyard dollardan çox ziyan vurub: “Tərəfdaşlarımızı təzyiqi artırmağa, ‘kölgə donanmasına’, neft nəhənglərinə, neftayırma zavodlarına, treyderlərə və vasitəçilərə qarşı sərt sanksiyalar tətbiq etməyə çağırdım. Yalnız qətiyyətli addımlar Rusiyanın müharibə resurslarını azalda və onun gündəlik cinayət və terroruna son qoya bilər.”
Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hazırlayır və məhdudiyyətlərin sentyabrın 12-dək təqdim olunacağı gözlənilir. Bloomberg xəbər verib ki, yeni paketə Rusiya energetikası, kriptobirjalar və ödəniş sistemləri də daxil ola bilər.
N.Təbrizli
Последние новости
Еще новости 