Rütte Trampla Qrenlandiya məsələsini müzakirə edib
Şimali Atlantika Alyansının baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Tramp ilə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə etdiyini açıqlayıb.Bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
“ABŞ prezidenti ilə Qrenlandiya və Arktikada təhlükəsizliklə bağlı vəziyyəti müzakirə etdim. Davosda onunla görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə alyansın baş katibi bildirib.