İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib
İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə heabında paylaşım edib.
O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır.
"Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram", - Əraqçi qeyd edib.
Daha əvvəl "Axios" portalı ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqların ləğv edildiyinə dair məlumat yayıb. Buna səbəb isə İran tərəfinin bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb etməsi olub.
Последние новости
Еще новости