Uitkoff və Kuşner “Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində ABŞ hərbçiləri ilə görüşüblər
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və ABŞ prezidentinin kürəkəni Cared Kuşner fevralın 7-də Ərəb dənizindəki USS Abraham Lincoln aviadaşıyıcısında amerikalı hərbçilərlə görüşüb.Bu barədə Uitkoff “X” sosial şəbəkəsində paylaşım edib.
Mənbələr bildirir ki, görüş zamanı rəsmi şəxslər İran pilotsuz uçuş aparatını vurmuş pilotla da söhbət aparıblar.