Qətərdə 3 türk şəhid olub -Türkiyə MN
Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə qəzaya uğrayan helikopterdə 3 nəfər türkün həlak olduğunu bildirib.
Açıqlamada bildirilir:
“Türkiyə Respublikası ilə Qətər Dövləti arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyəti mövcud razılaşmalar çərçivəsində fasiləsiz davam edir.
Qətər-Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığı nəzdində təlim fəaliyyətləri həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus bir helikopter 21 mart axşamı ilkin ehtimallara görə texniki nasazlıq səbəbindən qəzaya uğrayaraq dənizə düşmüşdür.
Dərhal başladılan axtarış-xilasetmə tədbirləri nəticəsində helikopterin qalıqlarına və həlak olanların cəsədlərinə çatılmışdır.
Qəza nəticəsində helikopterdə olan 4 Qətər Silahlı Qüvvələri hərbçisi ilə yanaşı, 1 Türkiyə Silahlı Qüvvələri əməkdaşı və ASELSAN şirkətinin 2 texniki əməkdaşı şəhid olmuşdur.
Qəzanın dəqiq səbəbi Qətər tərəfindən aparılacaq araşdırmalardan sonra müəyyən ediləcəkdir.
Bu faciəvi hadisədə həyatını itirən bütün şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr, Türkiyə və Qətər xalqlarına başsağlığı veririk”
Последние новости
Еще новости