• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

ABŞ-la Ermənistan arasında hərbi yardım vədləri... - Gizli Qovluq

ABŞ-la Ermənistan arasında hərbi yardım vədləri... - Gizli Qovluq
16.11.2017 09:22
ABŞ-ın Taftsi universitetinin Fletcer hüquqları və diplomatiya məktəbinin elmi işçisi, politoloq Suren Sarkisyan öz Facebook səhifəsində Serj və Viqen Sarkisyanlar haqqında Pentaqonun arxivlərində nə yazıldığını təqdim edib. 


Ordu.az Suren Sarkisyanın sözügedən məsələyə dair yazılarını təqdim edir: 

"2001-ci ildən Pentaqonn və Ermənistan müdafiə nazirliyi arasında əlaqələr fəallaşıb. Müdafiə naziri Serj Sarkisyan ABŞ-ın müdafiə məsələləri üzrə katibi Ramsfeldlə bir neçə dəfə İrəvanda, Brüsseldə və Vaşinqtonda görüşüb. 

2001-ci ilin dekabr ayında Ramsfeld Ceyms Beykerdən sonra Ermənistana səfər edən ikinci yüksək vəzifəli ABŞ rəsmisi olub. Danışıqlar zamanı Serj Sarkisyanla ciddi razılıqlar əldə edib. ABŞ milli təhlükəsizliyi təhdidlərini nəzərə alaraq, Ramsfeld 907-ci düzəlişdən yan keçmək məsələsində Serj Sarkisyanın köməyini istəyib. Bunun əvəzində Ramsfeld Sarkisyana hərbi yardım söz verib. 11 sentyabrın hadisələrindən sonra Pentaqonun həm də daxili siyasətlə bağlı həll ediləcək problemləri olduğu üçün erməni tərəfi təkliflə razı olub. Sarkisyan-Ramsfeld görüşündə həmçinin Ermənistanın qlobal terrorçuluğa qarşı mübarizədə dəstəyi müzakirə edilib. 

Ermənistan İrak və Əfqanıstana soxulmağa hazırlaşan ABŞ-a bu məsələdə də dəstək verməyi vəd edib. 

Bütün bu görüşlərin təşkilatçısı indiki müdafiə naziri Vigen Sarkisyan olub. O, bütün tam məxfi danışıqlarda iştirak edib, ingilis dilini əla bilməsi və danışıqların tərkibinin gizli olmasını nəzərə alaraq, zərurət olduğu hallarda təkbətək görüşləri tərcümə edib. Ramsfeld Ermənistandan danışarkən deyirdi. "Sizdə faktiki olaraq nə qədər Sarkisyana rast gəlmişəm, hamısı özlərinə ciddi karyera qurublar. O dövrdəki müdafiə naziri, onun köməkçisi, hərbi attaşe və s".

Terrorçuluğa qarşı mübarizədə Ermənistanın dəstəyi ilə əlaqədar danışıqların bir hissəsi hələ məxfidir, tam açıqlanmır. Bu barədə Ermənistanda 4-5 nəfər bilir. Bu baxımdan, Pentaqonun kağız qovluğu kifayət qədər böyükdür."

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol