• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Almaniya "Bakı-2015"ə 267 idmançı ilə gəlir

Almaniya
28.05.2015 17:17
"Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək ölkələr artıq bu mötəbər yarışlara hazırlıqlarını yekunlaşdırmaq üzrədir.

Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Almaniya Avropa Oyunlarında 20 idman növü üzrə 267 idmançı ilə təmsil olunacaq. Almaniya nümayəndə heyətinin təmsilçiləri bildiriblər ki, onlar gələn həftə Azərbaycana güclü komandalarını və atletlərini yola salacaqlar. Avropa Oyunlarında Almaniyanı idmanın stolüstü tennis, gimnastika növlərində güclü atletlər, həmçinin cüdoda və güləşdə London Olimpiya Oyunlarında medallar qazanmış idmançılar təmsil edəcəklər.

Almaniyadan ölkəmizə idmançılardan əlavə 140 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Münhendəki mərkəzdə Almaniya Olimpiya Komitəsinin təmsilçiləri milli komandalarının ən son hazırlıq proseslərini yoxlayırlar, onlara təlimatlar verir və yarışlarda iştirak edəcək atletləri milli idman formaları ilə təchiz edirlər.

Almaniyanın atıcılıq idman növü üzrə milli komandası da birinci Avropa Oyunlarına ciddi hazırlıq prosesi keçir. Milli komandanın tərkibində həm qadınlar, həm də kişilər təmsil olunublar. İntensiv məşq prosesi, Avropa Oyunlarının iştirakçılarının hərtərəfli hazırlanması məşqçilərin və komanda rəhbərliyinin diqqət mərkəzindədir. İlk dəfə Avropa Oyunlarında iştirak edəcək atıcılıq üzrə Almaniya milli komandası dünyada ilk üç ən güclü komandalardan biridir.

Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi səylər, eyni zamanda, qitənin bu mötəbər yarışlarını qəbul edəcək paytaxtımızın gözəlliyi, xalqımızın qonaqpərvərliyi avropalılarda böyük təəssüratlar yaradıb.

Almaniya nümayəndə heyətinin üzvləri bildiriblər ki, onlar Bakıya gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Bakıdakı Avropa Oyunları nümayəndə heyətində Olimpiya Oyunları təəssüratını yaradır. Bütün hazırlıqlar Olimpiya Oyunları ilə çox oxşardır. Bu Oyunlar Almaniya komandası üçün həm də "Rio-2016” Yay Olimpiya Oyunlarına hazırıq baxımından yaxşı imkan olacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Benfika" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 21:46
"Benfika" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
İdman 10:30
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
İdman 22:08
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
İdman 21:55
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
İdman 12:09
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
İspaniya Türkiyəni 6:0 hesabı ilə məğlub edib
İdman 06:08
İspaniya Türkiyəni 6:0 hesabı ilə məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol