• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Ağsuda xəstəxananın işığı kəsildi, xəstələrin həyatı təhlükədə

Ağsuda xəstəxananın işığı kəsildi, xəstələrin həyatı təhlükədə
05.11.2016 14:15
Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi kəsilib.

Bu barədə "Report”a açıqlamasında RMX-nin baş həkimi Şəhrəbanu Məlikova bildirib.

Baş həkim xatırladıb ki, Ağsu rayon Mərkəzi Xəstəxanasının yeni binası bu ilin iyun ayında istifadəyə verilib: 

"Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Amma "Azərişıq" ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq”.

Onun sözlərinə görə, hazırda xəstəxanada 22 dializ xəstəsi var: 

"Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var - o uşaq ölsə biz nə edəcəyik?!”.

Ş.Məlikova qeyd edib ki, xəstəxanaya elektrik enerjisi müvəqqəti olaraq generatorla verilir: 

"Təcili əməliyyatlarımızı bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir”.

Həkim bildirib ki, dövlət qurumlarına və nazirliklərə müraciət edilib: "Hər yerə müraciət etmişik, amma cavab verilmir. Heç kim heç nə demir. Hazırda xəstəxanada istilik sistemi, havalandırma sistemi işləmir, su, işıq yoxdur. Bu sistemlərin hamısı elektrik ilə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq çıxaq. Bəs xəstələri nə edək, hara yollayaq?!”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol