• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Azərbaycanda ən populyar axtarış sistemləri - Siyahı

Azərbaycanda ən populyar axtarış sistemləri - Siyahı
30.12.2014 20:22
"Global Stats" analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 63,9  faiz bazar payına malik olan "Google.az"dır.
 

ANN.Az "ICTnews”a istinadən xəbər verir ki, ikinci yeri bazar payı 12,57 faiz təşkil edən "Google.com", üçüncü yeri isə 5,36  faiz bazar payı ilə "Google.ru" tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 4,64 faizlə  "Yandex.ru"  mövqelərini möhkəmləndirib. Sonrakı yerləri  4,02 faizlə "Bing" və 1,4 faizlə "Mail.ru" bölüşdürüb.

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer "Chrome" olub. Belə ki, onun bazar payı  53,31  faiz təşkil edib. Brauzerlər bazarında ikinci yeri 11,89 faizlə "Opera", üçüncü yeri 10,23 faiz ilə  "Android" tutub, onların ardınca  9,54 faizlə "iPhone” və 3,21 faizlə "Firefox" brauzerlərini qeyd etmək olar.  

Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS)  "Windows" dur. Hazırda Azərbaycanda "Windows 7" ƏS-nin bazar payı 36,7 faiz  təşkil edir.

İkinci yeri 29,43 faizlə "Android" ƏS, üçüncü yeri bazar payı 13,22 faiz təşkil edən "iOS" ƏS tutur. Sonrakı yerlərdə 7,12 faizlə "Windows XP", 3,51 faizlə "Windows 8" və 2,77 faizlə "Windows 8.1" əməliyyat sistemləri bərqərar olub.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol