• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Azərbaycanda məhkəmə prosesi videoya çəkiləcək YENİLİK

Azərbaycanda məhkəmə prosesi videoya çəkiləcək – YENİLİK
08.11.2016 18:18
Azərbayanın məhkəmə sistemində ciddi yeniliklərə başlanır.

Oxu.Az-ın məlumatına görə, yeniliklər arasında məhkəmə iddiasının internet vasitəsilə verilməsi, məhkəmə prosesinin video-audio yazısının aparılması və s. aiddir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, qanuna 4.4-cü, 138.5-ci və 272.4-1-ci maddələr əlavə edilib. 

4.4-cü maddəyə əsasən, iqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə "Elektron imza və elektron sənəd haqqında” Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilə bilər.

138.5-ci maddəyə edilən dəyişikliyə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçiblərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılır.

Ən maraqlı yeniliklərdən biri 272.4-1-ci maddədə nəzərdə tutulub. Həmin maddəyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən şəxs tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir.

Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər”.

Bu dəyişikliklər 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnsan hüquqları komitəsi 16 əsas tədbir keçirəcək
Siyasət 12:31
İnsan hüquqları komitəsi 16 əsas tədbir keçirəcək
Əli Məsimli: Kənd təsərrüfatı sektorunda geriləmə var
Siyasət 12:02
Əli Məsimli: Kənd təsərrüfatı sektorunda geriləmə var
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Siyasət 11:48
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 11:20
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
Siyasət 11:19
Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
Elman Nəsirov: Qarabağa qayıdışla bağlı qərarlarda həssaslıq təmin olunmalıdır
Siyasət 10:48
Elman Nəsirov: Qarabağa qayıdışla bağlı qərarlarda həssaslıq təmin olunmalıdır
Razi Nurullayev: Məcburi köçkünlərə qarşı ayrı-seçkilik yaratmaq doğru deyil
Siyasət 10:00
Razi Nurullayev: Məcburi köçkünlərə qarşı ayrı-seçkilik yaratmaq doğru deyil
Arzuxan Əlizadə: Məhkəmə qərarlarının yalnız 50 faizi icra olunur
Siyasət 09:47
Arzuxan Əlizadə: Məhkəmə qərarlarının yalnız 50 faizi icra olunur
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Siyasət 00:07
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol