• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Azərbaycanda nə qədər narkoman qadın var?

Azərbaycanda nə qədər narkoman qadın var?
01.05.2015 19:47


Rəsmi statsitikaya əsasən, 2013-cü ildə narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28376 nəfər olduğu halda, 2014-cü ildə bu xəstəliyə düçar olmuş şəxslərin sayı 28656 nəfər təşkil edir. Sözügedən bəlaya düçar olan yeniyetmə və gənclərin sayı bir il ərzində 80 nəfər artıb. Narkoman kimi rəsmi qeydə alınanların 5 nəfəri 15-17 yaşlı yeniyetmələrdir.
2014-cü ilin statsitikasında toksimanların ümumi sayı 152 nəfərdir.

Modern.az saytının məlumatına əsasən, bu faktları Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov sadalayıb.

O, bildirib ki, narkomaniya asılığın ən ağır növüdür: " Bü gün bəzi valideynlər hesab edir ki, övladlarının xoşbəxt olması üçün onları maddi cəhətdən təmin etmək lazımdır. Yeniyetmələrin nümayişkaranə surətdə müstəqilliyə can atmaları, böyüklərin himayəsindən qurtulmaq istiqamətində daimi istəkləri tez-tez böyüklərlə münasibətdə ciddi fikir ayrılıqlarının yaranmasına gətirib çıxarır. Bu məsələdə yeniyetmələrə xas olan bəzi psixoloji xüsusiyyət cizgiləri-həzz almağa cəhd, etiraz reaksiyasının asanlıqla yaranması, dəstə şəklində fəaliyyət göstərməyə meyllilik, əhvaldakı qeyri-sabitlik də böyük əhəmiyyət kəsb edir. Narkomaniya təkcə "küçə uşaqları”nın deyil, həm də firəvan ailələrin bəlasıdır. Normal ailələr leqal narkotiklərdən-alkoqol və nikotindən istifadə etməklə narkotikləşməyə öz töhfələrini verirlər. Belə olan hallarda çox vaxt uşağın masasının üzərində olan alkoqollu içkilər evdəki bayram, şadyanalıq atmosferi ilə əlaqələndirilir. Sosioloji rəy sorğularının nəticələrinə görə, uğurlu ailələrdən yetkinlik yaşına çatmayan narkomanların 82 faizi öz narkogen "karyeralarına” böyüklərin məclislərini dəstəkləməklə ev şənliklərindən başlayıb”.

Mərkəzin direktoru eyni zamanda qeyd edib ki, qadınlar kişilərə nisbətən narkomaniya xəstəliyinə daha az düçar olurlar: "Rəsmi statistikaya əsasən, Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların sayı, kişilərə nisbətən dəfələrlə az olsa da (2013-cü ildə 539, 2014-cü ildə 554 qadın), onların sayı ildən-ilə artır. Və təəsüflə demək lazımdır ki, onların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir (2013-cü ildə 393, 2014-cü ildə 409 nəfər). Narkomaniya xəstəsi olan qadınlarda hamiləlik və doğuş zamanı tez-tez kəskinləşmələr yaranır, yeni doğulan körpələr arasında erkən ölüm halları da nadir hadisə deyil. Qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq nisbətən daha tez formalaşır. Belə ki, istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının ortalama müddəti 2 aydır”.

Telman Məmmədhəsənov vurğulayıb ki, narkomaniyaya düçar olmuş insanları normal həyata və cəmiyyətə qaytarmaq məsələsinin vacibliyini nəzərə alaraq "Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığıa qarşı mübarizəyə dair” üç Dövlət Proqramı təsdiq edilib ki, onların ikisi tam icra olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol