• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Bakcell və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir

Bakcell və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir
19.01.2018 11:27
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində "Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi "İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsinə start verib.

Bu il, Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlmiş bu layihənin həyata keçirilməsi üçün aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan "PwC Azərbaycan” ilə səylərini birləşdirir. Bakcell və PwC şirkətlərinin əməkdaşlığı sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq.

"Biz inanırıq ki xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar cəmiyyətimizin tam hüquqlu üzvləridir. Bakcell şirkəti olaraq bu uşaqların öyrənməsi, yeni bacarıqlar əldə etməsi və hətta yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədlərimizdən biri də bu gözəl balalarımıza həyatda öz yerlərini tapmaqda, cəmiyyətin vacib bir hissəsinə çevrilməkdə və parlaq gələcəyə addımlar atmaqda dəstək göstərməkdir. Bu səbəbdən, sevinirik ki bu il PwC şirkəti "UAFA”nı və bu uşaqları dəstəkləmək üçün səylərimizi birləşdirmək təklifimizi böyük məmnuniyyətlə qəbul etdi. Əminəm ki, bu əməkdaşlıq nəticəsində biz daha çox uşağı sevindirməyə nail olacağıq” deyə, Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

"İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi "UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80 nəfərdən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.

""PwC Azərbaycan” şirkəti olaraq biz müxtəlifliyə hörmətlə yanaşır və dəyər veririk. Biz əminik ki, müxtəlif mənşəli və müxtəlif düşüncəyə malik insanları bir araya gətirərək vətəndaşlarımız və cəmiyyətimizə daha böyük dəyər bəxş etməyə nail olacağıq. Bizim Bakıdakı ofisimizdə də fiziki məhdudiyyətləri olan insanlar çalışır və bununla yanaşı biz Azərbaycanın istedadlı uşaqlar və gənclərinin inkişafı üçün əlimizdən gələni edirik”, deyə "PwC”nin idarəedici partnyoru Mövlan Paşayev bildirib.

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində "UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərə dəvət olunub öz bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan

dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol