Bakının daha bir rayonunda ağaclar qurudulur – FOTOLAR+VİDEO

Nərmanov rayonu Ağa Nemətulla küçəsi 1987 ünvanında (45 nömrəli məktəbin
yanı) binanın həyətindəki akasiya və
zeytun ağacları qabığını soyulmaqla və dibinə kimyəvi maddə tökməklə qurudulur.
Anews.az xəbər verir ki, sakinlərin
dediyə görə ağacları Tofiq adlı şəxs qurudur. O binanın həyətini özəlləşdirmək
istəyir və həmin ərazidə özünə şəxsi
obyekt tikmək məqsədilə bunu edir.
Məsələ
ilə bağlı sakinlər Daxili İşlər nazirliyinin 102 xidmətinə və Ekologiya və Təbii
Sərvətlər nazirliyinin qaynar xəttinə zəng
edib məlumat veriblər. Polis əməkdaşaları
gəlib izahat alıb və müəyyən qeydlər götürsələr də Ekologiya və Təbii Sərvətlər
nazirliyi bu məsələ ilə bağlı heç bir addım atmayıb






Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 