• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Bu tarixdən Bakı Zooparkı bağlanır

Bu tarixdən Bakı Zooparkı bağlanır
17.09.2018 11:27
Bakının Nərimanov rayonu, Bakıxanov küçəsi 29 ünvanında yerləşən Bakı şəhər Zooloji Parkı gələn aydan bağlanacaq.

Unikal.org-un əldə etdiyi məlumata görə, oktyabr ayının 15-nə qədər yenidən qurma işləri ilə əlaqədar Bakı şəhər Zooloji Parkında olan bütün heyvanlar Qaradağ rayonuna köçürüləcək.

Məsələ ilə bağlı Bakı Zooloji Parkın direktoru Azər Hüseynov Unikal.org-a açıqlamasında bildirib ki, Bakı Zooloji Parkı hazırda 2.25 hektar ərazisi var:

"Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə parkın ərazisi 2 hektar da artırılaraq yenidən qurma işləri aparılır. Artıq tikintinin birinci mərhələsi başlayıb. Yenidənqurma işlərindən sonra parkın ərazisi 4.25 hektar olacaq. Parkda olan heyvanların şəraiti ən müasir səviyəyə çatdırılacaq. Tikinti işlərinin nə vaxt yekunlaşacağından da xəbərim yoxdur. Bu tikintinin gedişatından aslıdır”.

Qeyd edək ki, Bakı heyvanat parkı 2 yanvar 1942-ci ildə yaradılıb. Hazırda Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir, o cümlədən, 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq bu parkda saxlanılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbə qəbulunda daha bir - Yenilik
Cəmiyyət 09:01
Tələbə qəbulunda daha bir - Yenilik
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Cəmiyyət 08:54
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Cəmiyyət 08:46
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Bu şəxslər
Cəmiyyət 08:45
Bu şəxslər "Bakı Bus"a buraxılmır - Qadağa
Gələn həftə 2 gün iş olmayacaq
Cəmiyyət 08:36
Gələn həftə 2 gün iş olmayacaq
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
Cəmiyyət 08:33
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Cəmiyyət 08:11
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol