• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Dövlət Sərhəd Xidmətinin strukturunda dəyişiklik edilib

Dövlət Sərhəd Xidmətinin strukturunda dəyişiklik edilib
05.06.2017 14:58
Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"Report” xəbər verir ki, sənədə əsasən, sənəddə aşağıdakı dəyişikliklər edilib:

1. Fərman üzrə:

1.1. adında ", strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin” sözləri "və strukturunun” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə ", strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi” sözləri "və strukturu” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə” üzrə:

2.1. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.”;

2.2. 9.6-cı yarımbənddə "nəzarət-buraxılış” sözləri "dövlət sərhədindən buraxılış” sözləri ilə əvəz edilsin;

2.3. 15-ci bənddən "- Sərhəd Qoşunlarının komandanı” sözləri çıxarılsın;

2.4. 16-cı bənddə "Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa” sözləri "Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli” sözləri ilə əvəz edilsin;
2.5. 17.3-cü yarımbənddə "baş idarə, idarə, şöbə” sözləri "aparatının, hərbi birləşmələrinin” sözləri ilə əvəz edilsin;
2.6. 17.8-ci yarımbənddə "sərhəd dəstələrinin, hərbi dəniz və hərbi aviasiya hissələrinin” sözləri "sərhəd qoşunlarının, sahil mühafizəsinin, çevik qüvvələrin, sərhəd nəzarətinin” sözləri ilə əvəz edilsin;

2.7. 17.9-cu yarımbənddə "sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri” sözləri "sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu” yeni redaksiyada təsdiq edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
Siyasət 21:30
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 18:20
İlham Əliyev Trampa təşəkkür edib
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Siyasət 18:07
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
İlham Əliyev Stiven Doutini qəbul edib
Siyasət 12:11
İlham Əliyev Stiven Doutini qəbul edib
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Siyasət 11:15
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Siyasət 20:29
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Siyasət 11:10
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Siyasət 15:45
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol