• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü - VİDEO

Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü - VİDEO
11.07.2017 13:46
"Azərbaycan və Ermənistan arasında hərbi balans çoxdan pozulub. Azərbaycan yalnız Rusiyadan deyil, Türkiyə, Pakistan və İsraildən müasir silahlar alır.
 
Hesab edirəm ki, bizim bilmədiyimiz hansısa böyük oyun gedir, gizli plan var.”

anews.az-ın BAKU.WS-ə məlumatına görə, bu sözləri Şuşanın işğalına birbaşa rəhbərlik edən general-mayor Arkadi Ter-Tadevosyan erməni KİV-nə müsahibəsində son vaxtlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində artan hərbi-siyasi gərginliyi şərh edərkən bildirib.

Ötən gün Rusiyadan Azərbaycana gətirilən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Ermənistanda böyük narahatlıq doğurub. Hətta erməni KİV-də xəbər yayılıb ki, Azərbaycanın bu növ döyüş vasitələrini alması ondan xəbər verir ki, rəsmi Bakı Qarabağı azad etmək üçün əməliyyatlara başlayacaq.
 
Ter-Tadevosyan da hesab edir ki, Azərbaycan və Türkiyənin gələcək hadisələrlə bağlı gizli planları var.

"Azərbaycan müasir silahlar almağa davam edəcək. Çünki onların pulu çoxdur. Mən bilmirəm onlar bu silahlardan necə istifadə edəcəklər, amma onların onları planı var”, - deyə general bildirib.

Ter-Tadevosyan bildirib ki, artıq Qarabağda kiçik miqyaslı döyüşlər geridə qalıb, genişmiqyaslı hərbi əməliyyatlar ola bilər.

Şuşanı işğal edən general bunun qarşısını almaq, Azərbaycana təzyiq etmək üçün dinc sakinlərə hücum planından qərarlılıqla istifadə etməyə eyham vurur. Birinci Qarabağ müharibəsində rəhbərlik etdiyi hərbi əməliyyatlarda mülki Azərbycan əhalisinə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmış Ter-Tadevosyan dinc əhalinin öldürülməsinə haqq qazandırıb. Qeyd edək ki, Ter-Tadevosyan Şuşanın işğal əməliyyatı zamanı Azərbaycan kəndlərinə raket atəşi endirilməsi əmrini verməklə yadda qalıb. O, müsahibələrində dinc əhalini bombalamaqla hərbi əməliyyatlarda üstünlük qazanmağın vacibliyini dəfələrlə vurğulayıb.   

"Bu yaxınlarda azərbaycanlı uşaq və nənə atəş nəticəsində həyatını itirdi. Hesab edirəm ki, erməni tərəfi artıq ciddi adekvat zərbələr endirməyə başlayıb. Bunu daha da gücləndirmək lazımdır”, - deyə erməni general bildirib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Siyasət 17:05
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol