• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Günəş sisteminin dörd planetinin paradı bu həftə də davam edəcək

Günəş sisteminin dörd planetinin paradı bu həftə də davam edəcək
23.02.2016 19:36
Günəş sisteminin dörd planetinin (Venera, Saturn, Mars və Yupiter) paradı bu həftə ərzində də davam edəcək.
 
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib. Məlumatda qeyd olunub ki, bizim en dairələrində Veneranın görüntüsü getdikcə pisləşir və həftənin sonunda yalnız üç planeti görmək mümkün olacaq.
 
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib ki, fevralın 25-də Günəş sistemində ən nəhəng planet olan Yupiterin peykləri "Ganymede” və "Callisto” ən uzaq görünən məsafəyədək, yəni 15 bucaq dəqiqəsinədək (bu, Ayın görünən radiusuna bərabərdir) aralanacaq.
 
Merkuri və Venera səhər çağı yalnız cənub en dairələrindən, Mars, Yupiter və Saturn isə gecə və səhər vaxtlarında müşahidə edilir. Neptun görünmür, Uranı isə binokl və ya teleskop vasitəsilə yalnız axşam saatlarında görmək olar. "Catalina” kometi Zürafə bürcünün fonunda yerini dəyişir və günün qaranlıq vaxtlarında müşahidə üçün əlverişlidir.
 
Yerin təbii peyki olan Ay fevralın 22-də saat 22:20-də bədirlənmiş Ay fazasına daxil olub. Həftə ərzində Ay Şir, Qız və Tərəzi bürcləri fonunda yerini dəyişəcək, səhər və gecə saatlarında görünəcək. Fevralın 26-da saat 07:27-də Ay öz elliptik orbiti boyunca Yerdən ən uzaq məsafədən keçəcək və bu məsafə 405383 kilometr (orta məsafə 384400 kilometrdir) təşkil edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
Dünya 23:15
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Dünya 21:15
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Mirzoyan Niderlanda səfər edəcək
Dünya 20:10
Mirzoyan Niderlanda səfər edəcək
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Dünya 19:25
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Dünya 19:05
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol