• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Gürcüstan rəqəmli TV yayımına keçidi təxirə saldı

Gürcüstan rəqəmli TV yayımına keçidi təxirə saldı
18.06.2015 20:21

Gürcüstanda rəqəmli televiziya standartına keçid tarixi baş vermiş genişmiqyaslı daşqınların nəticələrinə görə iyulun 1-nə təxirə salınıb.
 
Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin sözlərinə görə, ölkə "Cenevrə-2006” konvensiyasını imzalamaqla üzərinə analoq televiziya yayımını bu il iyunun 17-də tam dayandırmağı götürüb. Nazirin sözlərinə görə, İqtisadiyyat Nazirliyi rəqəmli televiziyanın tətbiqinə məsul olan qurumlarla birlikdə böyük iş görüb.  
 
G.Kvirikaşvili qeyd edib ki, dövlət rəqəmli TV-nin tətbiqinə tam hazırdır, lakin bu yaxınlarda baş verən təbii fəlakət səbəbindən hökumət böyük sarsıntı keçirən əhalini əziyyətə salmamaq qərarına gəlib. Buna görə də analoq televiziya yayımının iyulun 1-dən etibarən paytaxt Tbilisidən başlamaqla dayandırılması ilə bağlı qərar qəbul edilib.
 
Qeyd edək ki, dünyada informasiya texnologiyalarının (İT) sürətli inkişafı və əhalinin daha geniş məlumatlar əldə etməyə olan ehtiyacları televiziya yayım şəbəkəsinin yeni təşəkkül tapmaqda olan standartlara uyğun yenidən qurulmasını zəruri edib.
 
Ötən əsrin 80-ci illərindən başlayaraq bütün inkişaf etmiş ölkələrdə aparılmış elmi araşdırmaların nəticələri və analoq televiziya yayımında meydana gələn bir sıra problemlər rəqəmli televiziya yayımına keçid ideyasını labüd edib və əsrin sonlarına yaxın bu sistemin tətbiqi istiqamətində işlər sürətləndirilib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən sahə üzrə aparılan tədqiqatların nəticəsi olaraq 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilən Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və 2015-ci ilədək prosesin başa çatdırılması barədə razılıq əldə olunub, - "Mediasat” yazır. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Dünya 21:15
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Mirzoyan Niderlanda səfər edəcək
Dünya 20:10
Mirzoyan Niderlanda səfər edəcək
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Dünya 19:25
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Dünya 19:05
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Япония отвергла призыв Трампа
Dünya 18:41
Япония отвергла призыв Трампа
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol