• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Hotel üzərinə düşən təyyarədə ölü sayı artdı - FOTO+VİDEO

Hotel üzərinə düşən təyyarədə ölü sayı artdı - FOTO+VİDEO
30.06.2015 18:46
Yük təyyarəsində olan 113 nəfərdən heç kim xilas ola bilməyib.

İndoneziyada baş verən təyyarə qəzasında ölənlərin sayı daha artıb. ANS PRESS-in məlumatına görə, orduya məxsus hərbi yük təyyarəsinin qəzaya düşməsi nəticəsində təyyarədə olan 113 nəfərdən xilas alan olmayıb. 

AFP-nin məlumatına görə, İndoneziya Hava Qüvvələrinə aid hərbi yük təyyarəsi "Hercules C-130"da 12 heyət üzvü, 101 sərnişin olub. Daha 3 nəfər isə bina sakini olublar. 

Bu, 10 il ərzində İndoneziyada baş verən 2-ci ən böyük təyyarə qəzasıdır. Bundan öncə 2005-ci ilin sentyabrında "Mandala" Hava yollarına aid "Boeing-737" tipli təyyarə havaya qalxdıqdan qısa zaman sonra qəzaya uğramışdı. Həmin qəza zamanı eniş zolağında olanlar daxil olamaqla 143 nəfər ölmüşdü.

Bundan öncə yayılan məlumatlarda hərbi yük təyyarəsinin binaların üzərinə düşməsi nəticəsində 38 nəfərin öldüyü bildirilirdi. İndoneziyanın Qırmızı Xaç Komitəsi ölənlər arasında bir azyaşlı olduğunu açıqlayıb. Digər bir məlumata görə, qəzaya düşən hərbi təyyarə 1960-cı ildə ABŞ-da istehsal edilib. 

İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus hava gəmisinin texniki səbəblərdən qəza etdiyi güman edilir. Yük təyyarəsi Sumatra adasındakı Medan şəhərində qəzaya uğrayıb. Təyyarə adadakı evlər və otel binasının üstünə düşüb. Hərbi bazadan havaya qalxan təyyarənin pilotları problem olduğunu müəyyən ediblər. Onlar geri qayıtmaq istədikdə isə qəza baş verib. Qəzadan sonra elektrik xətlərinə də ciddi ziyan dəyib. Hadisə yerində yanğın başlayıb. 


 
 
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dubay göydələni hələ də tüstülənir - VİDEO
Dünya 08:56
Dubay göydələni hələ də tüstülənir - VİDEO
Metroda rəqs edən cütlük internetdə fenomen oldu - VİDEO
Dünya 08:20
Metroda rəqs edən cütlük internetdə fenomen oldu - VİDEO
Kərgədan şəhərə hücum etdi, adam öldürdü - VİDEO
Dünya 06:50
Kərgədan şəhərə hücum etdi, adam öldürdü - VİDEO
Olland hamının içində Davudoğlunu pərt elədi - VİDEO
Dünya 06:49
Olland hamının içində Davudoğlunu pərt elədi - VİDEO
Lenini diriltmək istədilər - VİDEO
Dünya 06:46
Lenini diriltmək istədilər - VİDEO
Dünya müharibəyə hazırlaşır - VİDEO
Dünya 06:46
Dünya müharibəyə hazırlaşır - VİDEO
İŞİD yaponu belə edam etdi (VİDEO, FOTO 18+)
Dünya 06:45
İŞİD yaponu belə edam etdi (VİDEO, FOTO 18+)
Erməni əsgərin “şousu”
Dünya 06:45
Erməni əsgərin “şousu”
Qəzəblənmiş aslan öz təlimçisini parçaladı
Dünya 06:45
Qəzəblənmiş aslan öz təlimçisini parçaladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol