• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

"Lotu Quli"nin adamını bu söhbətə görə vurdular - Təfərrüat

29.05.2020 02:49
"Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun adamının bıçaqlanması ilə bağlı bəzi maraqlı faktlar ortaya çıxıb.


Mia.az Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl həbsdən çıxmış "Yetim Sabir” ləqəbli gənc avtoritet Şəmkirdə bıçaqlanıb. Onun "Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsi olub. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmışdı.



Həmin telefon danışığı zamanı "Gəncəli Firdovsi” ilə "Yetim Sabir” arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, "Yetim Sabir” ona etiraz edərək, həmin yerin Nadir Səlifov ("Lotu Quli") və Yusif Əliyev ("Yuska Şamxorski") tərəfindən ona həvalə edildiyini deyib. Cavabında "Gəncəli Firdovsi”nin "Quli”ni oğru kimi tanımadığını deməsi "Yetim Sabir”in etiraz ilə qarşılanır və sonuncu, "Quli"ni "qanuni oğru” kimi tanınmayanları təhqir edir. "Gəncəli Firdovsi” isə öz növbəsində bu sözə görə "Yetim Sabir”in "cavab verməli olacağını" söyləyir.


Bu söhbətin yayılmasından heç bir ay keçməmiş "Yetim Sabir”in bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunub.


Qeyd edək ki, "Gəncəli Firdovsi” ötən il Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini,1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.


Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.

Xatırladaq ki, Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.


Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.


Həmin iş üzrə ittihama görə, 1993-cü ilin iyununda "surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq, qonşuluqdakı məktəbin həyətində güllələyiblər.

Samux rayonun sabiq icra başçısı Vaqif Mustafayev də həmin işlə bağlı həbs olunmuşdu. O, həbsxanada tutulduğu xəstəlikdən ölüb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Cəmiyyət 21:47
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Cəmiyyət 19:49
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:20
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:50
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:02
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Cəmiyyət 17:55
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 17:43
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Cəmiyyət 17:40
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Cəmiyyət 16:53
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol