• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Lotu Quliyə qarşı ordu yığılır

Lotu Quliyə qarşı ordu yığılır
24.04.2018 11:03
36 yaşlı "qanuni oğru”, kriminal dairələrdə "Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanov Moskvaya gəlib.

Yenicag.az "Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, o, məşhur "qanuni oğru” "Lotu Quli” ləqəbli Nadir Salifova qarşı bütün gücləri səfərbər etməyə çalışır.

Agentlik öz mənbələrinə istinadən bildirir ki, "Hacı Beyləqanski” Moskvanın iri ranqlı biznesmenləri ilə görüşür, həmyerlilərini "Lotu Quli” ilə qarşıdurmada öz tərəfinə çəkir.

"Hacı Beyləqanski” "qanuni oğru” titulunu mərhum kriminal avtoritet, "Lənkəranski” ləqəbli Rövşən Canıyev vasitəsi ilə alıb. Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnərək qətlə yetirilib.

Canıyevin ölümündən sonra Kaluqa şossesində yerləşən Moskvanın ən böyük topdan və pərakəndə ərzaq satışı mərkəzi "Food Sity”də ona aid olan obyektlər, onun əmisi oğlu Zaur Əhmədova keçib.  Zaur Əhmədov da öz növbəsində Rövşənin ölümündə "Lotu Quli"ni günahlandıraraq, ondan qan qisasını almağa and içib.

"Qisas üçün Zaur Əhmədov öz çoxmilyonluq varidatını qurban etməyə hazırdır və hazırda "Hacı Beyləqanski”yə aktiv kömək göstərir”, – deyə "Praym Kraym”a danışan mənbə bildirir.

Bununla yanaşı Moskvada "Hacı” 2 zirehli avtomobil ilə təmin olunub və onun təhlükəsizliyini nüfuzlu "FQUP” mühafizə şirkətinin köhnə "OMON”çulardan təşkil olunan əməkdaşları qoruyur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol