• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Məktəblilərin qız üstündə qanlı davası

Məktəblilərin qız üstündə qanlı davası
15.12.2018 10:37
Rusiyanın Tümen vilayətində orta məktəb şagirdləri arasında kütləvi dava baş verib.

Anews.az Teleqraf.com-a istinadən istinadən xəbər verir ki, dava qız üstündə olub. Məlumata görə, 14 yaşında olan Roman adlı şagird aşağı sinifdə oxuyan bir qıza vurulub. Günlər keçdikcə Roman sevdiyi qızı rahat buraxmır, rəfiqələrinin yanında olsa belə, onun ətrafından çəkilmir.

Məsələni belə görən qızlar öz sinif yoldaşlarından biri - 11 yaşlı Maksimə vəziyyəti olduğu kimi danışırlar. Maksim əvvəlcə telefonla Romanla danışır və ondan qızları bir də narahat etməməyi istəyir. Maksimin bu sözləri qarşı tərəfi qıcıqlandırır və Roman ona aid olmayan söhbətə müdaxilə etməməyi təkidlə tələb edir.
Telefonda razılığa gələ bilməyən yeniyetmələr söhbəti davam etdirmək məqsədilə Muzey Parkı adlanan yerdə görüşməyi qərarlaşdırırlar.
Roman 20 nəfər dostu ilə artıq görüş yerində idi. Maksim isə özü kimi 5 çəlimsiz sinif yoldaşı ilə gəlmişdi.

Əvvəlcə mübahisə edirlər və birdən sözləri düz gəlməyən məktəblilər əlbəyaxa davaya başlayırlar. Özündən yaşca böyük olan Romanla bacarmayan Maksim büdrəyərək yıxılır. Fürsəti əldən verməyən Roman isə dərhal onun üstünə oturaraq yumruqlamağa başlayır. O, onu qədər vurur ki, Maksim al-qanın içində huşunu itirir.
Vəziyyəti belə görən Roman dostları ilə hadisə yerindən uzaqlaşır.

"Qızların müdafiəçisi” ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. Müayinələrdən sonra onun vəziyyətinin xüsusilə ağır olduğu üzə çıxır.
Qeyd edək ki, hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb-araşdırılmaması haqda məlumat verilmir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
Dünya 23:15
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Dünya 21:15
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Mirzoyan Niderlanda səfər edəcək
Dünya 20:10
Mirzoyan Niderlanda səfər edəcək
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Dünya 19:25
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Dünya 19:05
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol