• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Mərkəzi Bank jurnaslistlər üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirmişdir

Mərkəzi Bank jurnaslistlər üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirmişdir
15.05.2017 17:10
15 may 2017, Bakı: Media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, o cümlədən jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı media nümayəndələri üçün ixtisaslaşmış təlim proqramının keçirilməsi ənənəsini bu il də davam etdirmişdir. Belə ki, 10 aprel – 12 may tarixlərində Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirmişdir.

Azərbaycan Diplomatiya Akademiyasının və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə keçirilən təlimlərdə əsas məqsəd media nümayəndələrinin KİV-də aktual olan və Mərkəzi Bankın missiyası ilə əlaqəli olan müxtəlif iqtisadi mövzulara dair biliklərini zənginləşdirmək, ölkədə aparılan iqtisadi islahatlara və müxtəlif iqtisadi mövzulara dair xəbərlərin ictimaiyyətə daha peşəkar ötürülməsini təmin etməkdən ibarət olmuşdur.

İştirakçılara Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, pul siyasətinin məqsədi və rejimləri, pul siyasətinin əməliyyat çərçivəsi, maliyyə sabitliyi, tədiyə balansı, ödəniş sistemlərinin inkişafı, nağd pul dövriyyəsinin idarə olunması, mərkəzi bankların kommunikasiyası, beynəlxalq iqtisadiyyat və s. mövzulara dair ətraflı məlumatlar verilmişdir. Mövzuların lazımi səviyyədə çatdırılması üçün seminarlar interaktiv şəkildə aparılmış, praktiki nümunələrlə, yığım oyunu ilə dəstəklənmiş və jurnalistlərin mövzulara dair sualları cavablandırılmışdır.

Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılmış və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol