• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Məşhur türk müğənnilərdən Azərbaycana dəstək - FOTOLAR

Məşhur türk müğənnilərdən Azərbaycana dəstək - FOTOLAR
04.08.2014 14:35
Türkiyənin məşhur sənətçiləri bir neçə gün ərzində cəbhə bölgəsində 14 əsgərimizin şəhid olması xəbərinə biganə qalmayıb. 
ANS PRESS-in məlumatına görə, şəhid ailələrinə növbəti başsağlığı verənlərin sırasında bir neçə müğənni var. Alişan, Özcan Dəniz, Ezo, Sibel Can, Ziynet Salı, Mustafa Ceceli, Mahsun Kırmızıgül, Ebru Gündeş, Petek Dinçöz və Demet Akalın sosial şəbəkə vasitəsi ilə hər zaman Azərbaycana dəstək çıxdıqlarını bildiriblər.
Mahsun Kırmızıgül “Azərbaycan ağlayır. 11 şəhid” sözlərinin yazıldığı fotonu paylaşaraq bunları bildirib: “Azərbaycan ermənilərin silahlı hücumuna məruz qalıb. 11 azərbaycanlı əsgər şəhid olub. Soma faciəsində bizim acımızı bölüşdüyünüz kimi, biz də sizin dərdinizə şərikik. Allah səbr versin, məkanları cənnət olsun”.
Petek Dinçöz "Şəhid şəhidimizdir. Allah rəhmət eləsin Azərbaycan!", Demet Akalın qara lent üzərində "Vətən başın sağ olsun" yazılan şəkil paylaşıb. "Azərbaycan qardaş ölkə yasdadır"- şərhini bildirib.
Özcan Dəniz Azərbaycan və Türkiyənin bayrağının şəklini paylaşaraq "Yanınızdayıq"-yazaraq kədərimizə şərik olduğunu deyib. Türkiyədə müğənni Rafet el Roman ilə ifa etdiyi duetləri ilə tanınan Ezo: "Vətənim Azərbaycanım başın sağ olsun"-yazıb. 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu
Mədəniyyət 21:06
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu
Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək
Mədəniyyət 13:53
Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək
“Eurovision-2026” Vyanada keçiriləcək
Mədəniyyət 11:08
“Eurovision-2026” Vyanada keçiriləcək
Britaniyalı aktyor Terens Stemp vəfat edib
Mədəniyyət 09:51
Britaniyalı aktyor Terens Stemp vəfat edib
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Mədəniyyət 16:35
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat edib
Mədəniyyət 13:32
Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat edib

Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib
Mədəniyyət 13:30
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Mədəniyyət 12:50
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Mədəniyyət 11:36
Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol