• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

MN: Komandir əsgəri güllələməyib - RƏSMİ

MN: Komandir əsgəri güllələməyib - RƏSMİ
04.02.2015 13:29
Tovuzda N saylı hərbi hissədə xidmət edən, 6 yanvar 2014-cü ildə Cəlilabad rayonundan hərbi xidmətə yollanmış 19 yaşlı əsgər Tarverdiyev Çingiz Aydın oğlunun atası yerli mətbuata açıqlamasında bildirib ki, oğlu 2015-ci il yanvarın 27-də hərbi hissənin polkovnik rütbəli komandiri tərəfindən güllələnib.

Onun sözlərinə görə, yaralı əsgər Gəncə şəhər hərbi hospitalına aparılıb. Başından güllə yarası alan əsgər hazırda koma vəziyyətindədir.

Bununla bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirirlər ki, əsgər atası Aydın Tarverdiyevin dedikləri həqiqətəuyğun deyil və hadisə haqqında yanlış fikir formalaşdırmaq məqsədi daşıyır:

"Belə ki, hadisə ilə bağlı Hərbi prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Aydın Tarverdiyev oğlunun məsuliyyətdən yaxa qurtarmasına çalışmaq məqsədilə böhtan xarakterli xəbərlər yayır və ictimaiyyətə qeyri-dəqiq, qərəzli məlumatlar verir. Halbuki söhbət zamanı əsgərin atası oğlu Çingiz Tarverdiyevin uşaq vaxtlarından əsəbi olduğunu bildirib. Bundan əlavə o, qeyd edib ki, oğlu Çingiz Tarverdiyev hərbi xidmətə gəlməmişdən əvvəl də davranışlarında aqressiv olub. Əsəbləşəndə özünü idarəetməni tez-tez itirir, bu səbəbdən də atasının sağ əlinin barmağına balta ilə xəsarət yetirib, iki qardaşına bıçaqla hücum edərək onları da bıçaqlamaq istəyib”.

Mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı əsgər Çingiz Tarverdiyevə zabit tərəfindən xəsarət yetirilməsi məsələsi də absurdur. Hospitalda həkimlərə təşəkkür edən əsgər atası heç kimi bu işdə təqsirləndirməyib, oğlunun belə hadisəni törətməyə qadir olduğunu dəfələrlə qeyd edib:

"Əsgər Tarverdiyev Çingiz Aydın oğlu, onunla hərbi hissənin psixoloqu tərəfindən aparılan söhbət zamanı özünün bildirdiyinə görə o, əvvəl də 2 dəfə özünə qəsd etməyə cəhd edib. Bütün bu əməllərinə görə 2014-cü ilin may ayında əsgər Ç.A.Tarverdiyev öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırmağa görə təqsirli bilinərək məhkəmənin hökmünə əsasən, 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilib”.

Müdafiə Nazirliyi bəyan edir ki, KİV-də bu cür yalan, böhtan dolu xəbərlər yaymaqla əsgərin atası Aydın Tarverdiyev oğlunun cinayət məsuliyyətinə cəlb olunmasından yaxa qurtarmasına şərait yaratmağa çalışır.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətərə edilən son hava hücumu dərin narahatlıq doğurur - Ceyhun Bayramov
Siyasət 21:36
Qətərə edilən son hava hücumu dərin narahatlıq doğurur - Ceyhun Bayramov
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Siyasət 17:05
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol