• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

"Moody's": ​Türkiyədəki qeyri-stabillik 4 il davam edə bilər

27.08.2015 17:12
Ekspertlər: Geosiyasi və bazar riskləri, habelə xarici təsirlər Türkiyənin maliyyə sisteminə şok effekti göstərə bilər

"Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin reytinqini "Baa3 negativ"ə salıb. "Report" xəbər verir ki, agentlik reytinqin aşağı salınması ölkədə seçki qətiyyətsizliyi və iqtisadi dalğalanmanın intensivləşməsi ilə əlaqədardır.

"Moody's"in analitikləri hesab edirlər ki, seçkilərin vaxtının uzadılması Türkiyənin kredit reytinqi üzrə proqnozunu neqativə salır, siyasi qeyri-müəyyənlik ölkə iqtisadiyyatına xarici təsirləri gücləndirir, həmçinin investisiya mühiti və iqtisadi inkişafın zəifləməsinə səbəb olur.

Reytinq agentliyi növbəti seçkilərin də ölkədəki iqtisadi və siyasi problemlərin həll edə bilməyəcəyini ehtimal edir: "Geosiyasi risklər, xarici təsirlər, həmçinin artmaqda olan bazar riskləri Türkiyənin maliyyə qeyri-stabilliyinə şok effekti göstərə bilər. Noyabrdakı seçkilər Türkiyənin siyasi problemlərini həll etməyə bilər. Keçirilən sorğuların nəticələri fərqli olsa da, seçkilərdə heç bir partiyanın səs çoxluğu ilə parlamentdə üstünlük qazanacağı real görünmür. Çox güman ki, növbəti koalisiya danışıqları başlaya bilər. 2019-cu ildəki növbəti parlament seçkilərinə qədər ölkədə qeyri-stabillik aradan qalxmaya bilər. Hökumətin struktur islahatları, fiskal və monetar siyasəti çətinliklər yarada bilər".

"Moody's" noyabrdakı seçkilərə qədər müvəqqəti hökumətin Türkiyədə bəzi islahatların aparmasını mümkün sayır.

Agentlik Türkiyədə iqtisadi zəifləməyə iyulda PKK-nın atəşkəsi pozması və Çin bazarındakı olayların təsir etdiyini deyib. "Moody's", həmçinin Türkiyə lirəsinin ilin əvvəlində ABŞ dollarına nisbətən 24% zəiflədiyini də açıqlayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünya 08:18
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Dünya 00:12
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
İsrailin xəbərdarlığından sonra 300 mindən çox sakin Qəzza şəhərini tərk edib
Dünya 22:00
İsrailin xəbərdarlığından sonra 300 mindən çox sakin Qəzza şəhərini tərk edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol