• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Nazir: "Beynəlxalq Bankın üzərindən təhlükə götürülüb"

Nazir:
07.11.2017 15:25
Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin bank müştərilərinin hüquqlarının qorunması ilə bağlı təklif və iradlarına münasibət bildirib.

"APA-Economics"in məlumatına görə, nazir deyib ki, bütün bank əmanətçilərinin hüquqları qorunur və onlar öz vəsaitlərini geri alır.
 
Azərbaycan Beynəlxalq Bankının (ABB) heç bir əmanətçisinin zərər çəkmədiyini deyən nazir bildirib ki, lisenziyası ləğv olunan və müflis olunan banklardakı bəzi əmanətçiləri problemlərlə üzləşib. "Biz Əmanətlərin Sığortalanması Fondunu yaratmışıq və qorunan əmanətlər üzrə bütün ödənişlər həyata keçirilib. Bu proses düz həyata keçirilib və yaxud nöqsanlar olubsa, bu, başqa bir mövzudur. Millə vəkili Vahid Əhmədov təklif edir ki, Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunu yoxlasın. Bu, normal bir haldır, yoxlanıla bilər. Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir. Yəni bu əmanətlərin faiz dərəcələri müəyyən edilmiş faizdən yüksək olmamalıdır. Əmanətlərin xarici və yaxud milli valyutada olmasına fərq qoyulmur. Həmin bankın inzibatçılarının, qohumlarının əmanətləri qorunmur. Biz beynəlxalq praktikaya uyğun vətəndaşların maraqlarını qoruyuruq", - deyə S.Şərifov vurğulayıb.
 
Nazir millət vəkili Zahid Orucun bütün pulların ABB-nin xarici borclarının ödənilməsinə yönəlməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Bu fikirlə razılaşmayan S. Şərifov ABB-nin xarici borcu ilə bağlı məsələyə aydınlıq gətirib: "Burada söhbət ondan gedirdi ki, xarici kreditorlar qarşısında bankın öhdəlikləri yerinə yetirilməli idi. Əks təqdirdə bank defoltla üzləşə bilərdi. Defoltun mənfi nəticələri də aydındır. Belə olacağı təqdirdə, ilk növbədə bu banka qarşı ölkə daxilində xüsusi prosedur açılacaqdı. Bu prosedurda xeyli problemlər əmələ gələcəkdi. Bizim bu bankda şirkətlərin, müştərilərin maraqları təhlükə altına düşə bilərdi. Ona görə hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən düzgün addım atıldı. Yəni, dövlət bankın öhdəliklərini öz öhdəlikləri ilə əvəzlədi. Dövlət bankın öhdəliklərini üzərinə götürdü. Bunun nəticəsində bizim xarici borcumuz 2,4 milyard dollar civarında artırılıb. Lakin bununla biz o bankdan həmin o yükü götürdük və bu gün bankın reytinqləri yaxşılaşmağa doğru gedir. Biz bu təhlükəni bankın üzərindən götürdük və bank artıq sabit rejimdə, normal öz fəaliyyətini davam etdirə bilər. Bunun qiyməti dövlət borcunun artmasıdır. Dünya praktikasında başqa yol yoxdur".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Cəmiyyət 21:47
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Cəmiyyət 19:49
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:20
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:50
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:02
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Cəmiyyət 17:55
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 17:43
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Cəmiyyət 17:40
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Cəmiyyət 16:53
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol