Oturaq həyat tərzi insanın psixiki vəziyyətinə mənfi təsir göstərir

Tasmaniya Universitetinin mütəxəssisləri dövlət qulluğunda çalışan 3367 işçi arasında sorğu aparıblar. Bir ay çəkən tədqiqat zamanı narahatlıq və depressiya hallarının səviyyəsi araşdırılıb. Bundan əlavə, könüllülər fiziki işin miqdarını və işdən məmnunluq dərəcəsini müşahidə ediblər.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, bu məlumatları "Psych Central” nəşri təqdim edib.
Məlum olub ki, oturaq həyat tərzi və bir yerdə oturub işləmək insanın psixiki vəziyyətinə mənfi təsir göstərir. Gün ərzində kompyuter qabağında altı saatdan çox oturan insanlarda ruh düşkünlüyünün və narahatlıq hissinin səviyyəsi yüksək olur.
Tədqiqat zamanı kişilərin hər biri hər gün iş yerində təqribən beş saat, qadınlar isə dörd saat vaxt keçiriblər. Depressiya ilə bədənin statik vəziyyəti arasında əlaqə qadınlar arasında daha çox hiss olunub.
Qeyd edək ki, gün ərzində yığılan gərginlikdən yaxa qurtarmağa hətta idman zalına getmək də kömək etməyib. Alimlər arada özünə fasilə verib, elə iş yerindəcə sadə gimnastika hərəkətləri etməyi məsləhət görürlər. Bunun üçün hətta xüsusi "ofis” proqramları da mövcuddur.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 