Qarabağ qazisi üsyan etdi: “Telekanallarımız bu millətə oxumağı, oynamağı təbliğ edir”

Bir neçə gün öncə sosial şəbəkələrdə erməni terrorçular tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb.
Qarabağ qazisi Vaqif Əlisoy bununla bağlı olaraq Minval.info-ya fikirlərini bildirib. O təəssüf hissi ilə qeyd edib ki, ermənilər orada özünü rahat hiss etməməlidir:
"2-3 gün bundan əvvəl ermənilər Cəbrayıl rayonundan bir video paylaşmışdılar. Mənim vaxtı ikən yaşadığım binanın görüntüləri idi. Çox pis oldum. Bu gün biz Cocuq Mərcanlıdakı tikintilərdən danışırıq, amma unuduruq ki, artıq ermənilər Zəngilanda, Qubadlıda, Cəbrayılda, Şuşada məskunlaşırlar. Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam rayonları Dağlıq Qarabağın ərazisi deyil. Ermənilərin tikdirdiyi obyektləri darmadağın edilməlidir. Erməni bir gün də özünü orada təhlükəsiz hiss etməməlidir.
Cəbrayılın mərkəzində tikinti işi gedir, Qubadlıda, Zəngilanda yaşayış məskəni salınır oranı dağıtmaq lazımdır. Ermənilər orada özlərini bir gün də rahat hiss etməsinlər. Dağlıq Qarabağı demirik, dünya sabah bağırsın ki, Stepanakerti bombaladılar. Həmin obyektləri dağıt”.
Qarabağ qazisi bununla yanaşı, yerli telekanalların fəaliyyətindən də gileylənib: "Azərbaycan telekanallarını bir-bir çevirirəm, görün nələr verilir?! Bu gün Aydın Şükürovu, Əliyar Əliyevi, Adil Həşimovu, Allahverdi Bağırovu tanımırlar. Amma baxın görün, Azərbaycan telekanalları bu millətə nəyi təbliğ edir?! Oxumağı, oynamağı, əl çalmağı”.
Vaqif Əlisoy Azərbaycanda Qarabağ döyüşlərinin təbliğ olunmamasından narazıdır: "Bakını nöqtəbənöqtə gəzin, Qarabağa tərəf gedin. Görün, Azərbaycanda Qarabağ müharibəsini xatırladan bir dənə reklam lövhəsi varmı? Sonra da deyirik ki, Azərbaycan müharibə vəziyyətindədir”.
www.anews.az
Son xəbərlər
Daha çox 